Dağ kəndlərinin odun tədarükü problemi - ÖZƏL
13:05 SosialMilli Məclisin deputatı Anar İcgəndərov seçicilərin növbəti qəbulunu keçirib. "Olaylar" vəbər verir ki, bu barədə deputat özü məlumat verib: "Əvvəldən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının qərargahında növbəti vətəndaş qəbulu keçirdim. Qəbulda köməkçim Valeh Mikayılov da iştirak edirdi. Vətəndaş qəbulu zamanı seçicilərimizin müraciətlərini dinlədim, onları narahat edən məsələlərlə yaxından tanış oldum. Hər bir müraciətə diqqətlə yanaşaraq, qaldırılan problemlərin aidiyyəti qurumlarla birgə həlli istiqamətində müvafiq addımların atılmasının vacibliyini qeyd etdim.
Dağ kəndlərindən olan seçicilərimizin əsas müraciətlərindən biri odun tədarükü ilə bağlı idi. Bu kəndlərə hələlik təbii qaz xəttinin çəkilməməsi nəzərə alınaraq, məsələnin xüsusilə həssas xarakter daşıdığını diqqətə çatdırdım.
Problemin operativ həlli məqsədilə aidiyyəti təşkilatların rəhbərləri ilə telefon əlaqəsi saxladım. Məsələnin tezliklə həll olunması üçün müvafiq göstərişlərin verilməsi və zəruri tədbirlərin görülməsi təmin edildi. Seçicilərimizlə hər görüş bizim üçün onların problemlərini yerində öyrənmək, mövcud məsələlərin həlli üçün imkanları səfərbər etmək baxımından mühüm əhəmiyyət daşıyır. Vətəndaşların müraciətlərinin diqqətlə dinlənilməsi və qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlarla əlaqəli fəaliyyət göstərilməsi bundan sonra da əsas prinsiplərimizdən olacaq.
Qəbul zamanı seçicilərimizlə yenidən görüşməkdən məmnunluğumu ifadə etdim və onları əmin etdim ki, qaldırdıqları məsələlər diqqətdə saxlanılacaq. Vətəndaşın səsini dinləmək, onun probleminə həssaslıqla yanaşmaq və həlli üçün real addımlar atmaq deputat fəaliyyətinin başlıca istiqamətlərindəndir.
Seçicilərlə görüşlərim və vətəndaş qəbullarım bundan sonra da davam edəcək.