Müxalifətçi deputat Ermənistan rəhbərliyini Bakının tələblərini yerinə yetirməkdə ittiham edib – ÖZƏL
13:27 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın "Ermənistan" blokundan olan deputat Mesrop Manukyan jurnalistlərə açıqlamasında ölkə rəhbərliyini Azərbaycanın tələblərini ardıcıl olaraq təkrar etməkdə və yerinə yetirməkdə günahlandırıb. Deputatın sözlərinə görə, anklavlar, Metsamor AES-in bağlanması, sərhədlərin delimitasiyası və Konstitusiyanın dəyişdirilməsi kimi məsələlərdə İlham Əliyevin səsləndirdiyi tezislər sonradan Paşinyan tərəfindən təsdiqlənir.
Manukyan iddia edib ki, guya delimitasiya zamanı yalnız Azərbaycanın maraqlandığı ərazilər müzakirə olunur, xüsusən strateji yollar üzərində yerləşən Tiqranaşen və Kirants kimi məntəqələr diqqət mərkəzində saxlanılır. (?)Deputat həmçinin xarici dövlətlərin Ermənistanda referendum keçirilməsi ilə bağlı tələblər irəli sürməsini tənqid edib. TRIPP layihəsinə də toxunan Manukyan, bu təşəbbüsün təhlükəsizlik zəmanəti olmaqla yanaşı, İranın sərt reaksiyası fonunda ölkə üçün yeni təhdidlər yarada biləcəyini vurğulayıb.