Gündəm
İtkin alpinistlərlə bağlı YENİ AÇIQLAMA: "Onları diri-diri basdırırlar..."
Dekabrın 23-də itkin düşən "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir. Bu barədə “Gilavar” Hava və Ekstrem İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.
O ölkədən vətəndaşlarına XƏBƏRDARLIQ: İrana GETMƏYİN!
Aparat rəhbərinin, cərrah xanımının və 3 yaşlı qızının faciəli ölümü ilə bağlı məhkəmə işi - 1 milyonluq tələb
3 nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən partlayışa görə cinayət məsuliyyətinə cəlb edilən “Azəriqaz” İctimai Birliyinin (İB) əməkdaşı Nəzərov Pənah Məmmədalı oğlunun məhkəməsi keçirilib. O, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir. Pənah Nəzərovun cinayət işi üzrə məhkəmə iclası Abşeron Rayon Məhkəməsində baş tutub.
Dünya Bankından Azərbaycanda özəl sektorun inkişafı üçün TƏKLİF
Azərbaycanın özəl sektorunun gələcək inkişafı üçün qanunvericiliyə bir sıra dəyişikliklər edilməsi zəruridir. Bunu Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (MIGA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Honda deyib. K.Honda qeyd edib ki, Azərbaycanın yaxşı infrastrukturu var və aktiv şəkildə ölkəyə özəl sektoru cəlb edə bilər:
1031 avtomobil yandırıldı - Yeni il axşamı
Xəstəxanada partlayış
Pakistanın Pencab əyalətində xəstəxanada partlayış baş verib. İnsident Attok şəhərində qeydə alınıb. İlkin məlumata əsasən, xəstəxanada qaz balonu partlayıb. Hadisə nəticəsində ikisi uşaq olmaqla 6 nəfər ölüb, 10-dan çoxu yaralanıb.
Polisə hücum: 3 nəfər...
Fransanın hüquq-mühafizə orqanları Yeni İl ərəfəsində polis patruluna hücum edən üç nəfəri saxlayıb. Hadisə Paris yaxınlığında baş verib. Hücumda əlli nəfərə yaxın insan iştirak edib.
Ər arvadını bıçaqladı
Futbolçu ona qırmızı vərəqə göstərən HAKİMİ ÖLDÜRDÜ - FOTO
Meksikanın həvəskar futbol komandalarından birinin oyunçusu hakim Xose Valdemar Ernandes Kapitilyonu ona qırmızı kart göstərək meydandan uzaqlaşdırdığına görə öldürüb. Bu barədə "The Daily Mail" xəbər verib.
49 yaşlı futbol klubu fəaliyyətini dayandırdı
Türkiyənin “Qaziantepspor” klubu fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Məlumatda fəaliyyətlərini dayandırmalarına səbəb kimi, şəhərin imkanlı şəxslərinin, şəhər rəhbərliyinin kluba dəstək olmaması göstərilib. Bəyanatda hətta azarkeşlərin belə stadiona gələrək, komandaya dəstək olmadıqları vurğulanıb.
Barmaq dolamasından necə xilas olmalı?
Dırnaq dibindəki iltihablaşma bir-neçə həftə ərzində sağallmasa, iltihablaşma artır və həkim iltihabı cərrahi yolla sağaltmağa məcbur olur. Bu bəzi hallarda dırnaq dibinin dərindən kəsilməsinə, hətta dırnağın çıxarılmasına səbəb ola bilir. İnsanların bir qismində dolama xəstəliyi ağırlaşma verməsə də diabet xəstələri üçün bu ağır patologiyalara səbəb ola bilər.
Yerli millətə qaynayıb-qarışmayan gəlmələri cəzalandıracaqlar
"Independent" yazır ki, Avstriyanın yeni hökuməti "öz mədəniyyətlərinə bağlılığını saxlayan və Avstriya cəmiyyətinə inteqrasiya olunmaq istəməyən" mühacirlərə qarşı "maliyyə sanksiyaları" tətbiq etməyə hazırlaşır.
"Borussia" kapitanına yeni müqavilə təklif edəcək
"Borussia Dortmund" komandanın kapitanı Marko Roysla yeni müqavilə imzalamaq istəyir. Bu barədə Dortmund klubunun idman direktoru Mixael Zork danışıb.
3600-dən çox talassemiya daşıyıcısı aşkar edildi
Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son on il ərzində bu xəstəlikdən ölüm göstəricisi beş dəfə azalıb. Hazırda mərkəzdə 3100 xəstə daimi müalicə alır.
Yevlaxda CİNAYƏT: Qız nişanlısı tərəfindən bıçaqlandı
Yanvarın 1-nə keçən gecə Yevlaxda bıçaqlanma hadisəsi baş verib. 2000-ci il təvəllüdlü rayon sakini Rəfiqə Qasımova bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Əldə edilən məlumata əsasən, R.Qasımova qısqanclıq və mübahisə zəminində nişanlısı tərəfindən bıçaqlanıb.














