1031 avtomobil yandırıldı - Yeni il axşamı
2 Yanvar 2018 09:34 DünyaFransada quldurlar Yeni il gecəsi 1031 avtomobili yandırıb. Bu barədə ölkənin daxili işlər naziri məlumat yayıb.
Qeyd edilir ki, polis qarışıqlıqların gedişində 510 nəfəri saxlayıb. Həmçinin bildirilir ki, Şampini-syur-Marn şəhərində quldurlar polis patruluna hücum ediblər. Asayiş keşikçiləri hücum edənlərdən 3-ü saxlamağa müvəffəq olublar. Digər cinayətkarların axtarışı davam edir.
Ötən Yeni il gecəsində isə 945 avtomobilə zərər dəymişdi və ya yandırılmışdı. "İz.ru" portalının məlumatına görə, Paris regionunda quldurlar 250-dən çox avtomobili yandırıblar. Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31