Ermənistan parlamentində andiçmə mətni ilə bağlı mübahisə yaranıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisində hökumət üzvlərinin andiçmə mətnindən "ümummillət məqsədlər" və "Vətənin möhkəmləndirilməsi" ifadələrinin çıxarılması təklifi müxalifətlə iqtidar arasında ciddi debat yaradıb. Ədliyyə naziri Srbuhi Qalyan bu anlayışların hüquqi cəhətdən dəqiq müəyyən edilmədiyini və "Vətən" dedikdə yalnız Ermənistan Respublikasının nəzərdə tutulduğunu bildirib.

Müxalifətdəki "Ermənistan" fraksiyasının deputatı Kristine Vardanyan isə bu yanaşmaya qarşı çıxaraq Vətən anlayışının yalnız respublika ərazisi ilə məhdudlaşdırılamayacağını, ölkədə yaşayan Qarabağ ermənilərinin və xaricdəki diasporun da öz baxışları olduğunu bildirib. O, həmçinin ümummillət məqsədlərin Müstəqillik Bəyannaməsində əks olunduğunu xatırladıb. Debatlar zamanı müxalifət nümayəndələri 2022-ci il sentyabrın 13-də baş vermiş sərhəd döyüşlərinin ildönümündə kütləvi əyləncəli tədbirlərin keçirilməsini də tənqid ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31