"Borussia" kapitanına yeni müqavilə təklif edəcək

"Borussia Dortmund" komandanın kapitanı Marko Roysla yeni müqavilə imzalamaq istəyir. Bu barədə Dortmund klubunun idman direktoru Mixael Zork danışıb.

"Borussia Dortmund" komandanın kapitanı Marko Roysla yeni müqavilə imzalamaq istəyir. Bu barədə Dortmund klubunun idman direktoru Mixael Zork danışıb.

"Marko bizlərdən biridir. Onu bundan sonra da "Borussia"da görmək istərdim. Roysun mümkün qədər tez meydana qayıtmaq istədiyini bilirik. Onun optimal forma yığmaq üçün kifayət qədər vaxtı olacaq" - Zork deyib.

Roys 2017-ci ilin mayında, Almaniya Kubokunun finalında ciddi zədələnmişdi. Onun diz bağları qopmuşdu. Bundan sonra 28 yaşlı futbolçu 2018-ci il dünya çempionatında oynamaq ümidini itirmədiyini demişdi. Onun "Borussia" ilə müqaviləsi 2019-cu ilin mayında başa çatır. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31