Şəkidə yanğın söndürüldü

Şəkinin Kiş kəndində, yüksək dağlıq ərazidə baş vermiş yanğın söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasə, dekabrın 29-da Şəki rayonunun Yaylaq ərazisində başlayan yanğın külək səbəbindən Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisinə keçib.

Şəkinin Kiş kəndində, yüksək dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasə, dekabrın 29-da Şəki rayonunun Yaylaq ərazisində başlayan yanğın külək səbəbindən Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisinə keçib.

Onun sözlərinə görə, yanğının söndürülməsi üçün əraziyə ETSN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub: "Onların səyi nəticəsində yanğın dünən söndürülüb. Naməlum səbəblərdən baş vermiş yanğın zamanı 1, 2 hektara yaxın ərazidə quru ot örtüyü və xəzəl yanıb. Ağaclara ziyan dəyməyib".

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31