“İRS cizgi” yaradıcılıq qrupunun

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə “İRS cizgi” yaradıcılıq qrupunun “Koroğlu” adlı ilk milli komiksinin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü MEK-də həyata keçirilən layihələrdən, Milli Rəqəmsal Yaddaş bazasının prinsip və perspektivlərindən, vikipedia təlimlərindən, keçirilən tədbirlərdən, təqdimatlardan söz açıb. O, təqdimatı keçirilən "Koroğlu" milli komiksi haqqında fikirlərini bölüşüb: "İRS cizgi" komandasının hazırladığı "Koroğlu" komiksi Azərbaycanda bu sahədə ilk uğurlu layihədir.

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə "İRS cizgi" yaradıcılıq qrupunun "Koroğlu" adlı ilk milli komiksinin təqdimatı keçirilib.

Olaylar.az bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü MEK-də həyata keçirilən layihələrdən, Milli Rəqəmsal Yaddaş bazasının prinsip və perspektivlərindən, vikipedia təlimlərindən, keçirilən tədbirlərdən, təqdimatlardan söz açıb. O, təqdimatı keçirilən "Koroğlu" milli komiksi haqqında fikirlərini bölüşüb: "İRS cizgi" komandasının hazırladığı "Koroğlu" komiksi Azərbaycanda bu sahədə ilk uğurlu layihədir. Komiks istənilən yaş qrupu üçün nəzərdə tutulmuş ssenari əsasında hazırlanıb. Dastandan ilhamlanaraq, tarixi faktlara əsaslanaraq milli ruhda hazırlanan komiks oxucuya məntiq və dünyagörüşü aşılayır. Janrın üstünlüyü ondadır ki, uşaqları həvəslə oxumağa, böyükləri isə düşünməyə vadar edir".

"İRS cizgi" yaradıcılıq qrupunun təsisçisi Anar Əkbərli "Koroğlu" komiksinin yaradılması prosesindən danışıb. O, qeyd edib ki, "İRS cizgi" komandasının hazırladığı komiks Azərbaycanda bu sahədə ilk layihədir. 

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı gənclərin mühüm bir işə imza atdıqlarını söyləyib. Onun sözlərinə görə ərsəyə gələn komiks çox uğurlu bir layihədir. O, prosesin davamlı olmasını arzulayıb.

"Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov bildirib ki, adətən gənclərin gördükləri işlər və atdıqları addımlar tənqidə məruz qalır. 

ADPU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov, Rusiyadakı Azərbaycan diasporunun rəhbərlərindən olan Tərlan Qasımov, Azərbaycan Alpaqut Federasiyasının baş katibi Rafiq Qasımov gənclərə başladıqları faydalı işlərdə uğurlar arzulayıblar. 

Mərkəzi Elmi Kitabxananın əməkdaşı Renat Cəfərov komiksin mahiyyəti haqqında danışaraq bu işin ilk olaraq ABŞ-da başladığını və bütün dünyaya yayıldığını vurğulayıb. Onun sözlərinə görə komiks ənənəsi artıq bütün dünyada geniş yayılmaqdadır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31