İtkin düşən alpinistlərin axtarışı üçün XÜSUSİ PROQRAM HAZIRLANDI
İspaniyanın Alikanta Universitetindən olan bir qrup alim meşə və dağlarda itkin düşmüş insanların axtarışını daha da sürətləndirmək üçün yeni tətbiq hazırlayıblar. Belə ki, itkin düşmüş, köməyə ehtiyac duyan insanlar üçün smartfon bir qayda olaraq mobil şəbəkənin əhatə dairəsində olmaması səbəbindən rabitə vasitəsi kimi faydasızdır. İspaniyalı alimlər isə, bu problemi aradan qaldırmaq məqsədilə smartfonların "Wi-Fi”sistemini siqnal göndərən mayak kimi istifadə etməyi təklif ediblər.
30 Dekabr 2017 20:12 Sosialİspaniyanın Alikanta Universitetindən olan bir qrup alim meşə və dağlarda itkin düşmüş insanların axtarışını daha da sürətləndirmək üçün yeni tətbiq hazırlayıblar. Belə ki, itkin düşmüş, köməyə ehtiyac duyan insanlar üçün smartfon bir qayda olaraq mobil şəbəkənin əhatə dairəsində olmaması səbəbindən rabitə vasitəsi kimi faydasızdır. İspaniyalı alimlər isə, bu problemi aradan qaldırmaq məqsədilə smartfonların "Wi-Fi"sistemini siqnal göndərən mayak kimi istifadə etməyi təklif ediblər.
Hazırlanan proqramına görə, smartfon istifadəçisi mobil proqramı aktivləşdirdiyi an proqram saat başı şəxsin olduğu ərazinin GPS koordinatlarını göndərir. Layihə rəhbəri professor Xose Anxel Bern deyir ki, ekstrimal vəziyyətdə isə, siqnalın üzərində xüsusi qısa mətnlər yazaraq "Mən yaralanmışam", "Mən itkin düşmüşəm" və "Mənə kömək lazımdır" göndərmək olur.
Bunun üçün smartfonların üzərinə kiçik anten qurğular taxılır. Dalğalar məhz bu antenlər vasitəsilə yaxınlıqdakı xilasedicilərə çatır.
Bu dünyada bir ilk hesab oluna bilər. Hələ şəxsin koordinatlarını təyin etmək üçün "Wi-Fi"-dən istifadə edən belə sistem mövcud olmayıb. Mobil rabitə siqnalı üzrə trianqulyasiya metodunun köməyilə, nəzərdə tutulmuş prosesi həyata keçirtmək olur.
Smartfonlar üçün yeni tətbiq ediləcək "Wi-Fi" qəbuledicisinin qiyməti təxminən 600 avro dəyərindədir. Hazırda sözügedən texnologiya dağ xilasedici dəstələrində və dəniz xilasetmə xidmətində sınaqdan keçirilir.
Publika.az