Azərbaycanda bu il pambıq yığımında artım var

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 206 721 tondan çox pambıq təhvil verilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən gün məntəqələrə 226 ton pambıq verilib.

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 206 721 tondan çox pambıq təhvil verilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən gün məntəqələrə 226 ton pambıq verilib.

Pambıq tədarükündə Saatlı (25 742 ton), Biləsuvar ( 24 761 ton), Bərdə (22 359 ton), Ağcabədi (20 376 ton) rayonları irəlidədir.

Qeyd edək ki, bu il 136 413,2 hektar sahədə çiyid səpilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31