Gündəm
Qorxunc soyuqlar gəlir: Yer kürəsi...
İngiltərənin Northumbria Universitetinin elm adamları gələcək 30 ildə Yer planetinin kiçik buz dövrünə girəcəyini açıqlayıb. Onlar havadakı istiliyin 2021-ci ildən etibarən azalacağını və Günəşin elektromaqnit fəaliyyətində dəyişikliklər olacağını bildirib. Bu dəyişiklik Günəşdəki ləkə sayını azaldacaq və Yerdəki atmosferin soyumasına səbəb olacaq.
Türkiyənin S-400 almasına ABŞ-dan REAKSİYA
Rusiya ilə Türkiyə arasında “S-400” raketdən müdafiə sisteminin satılması mövzusunda imzalanan razılaşmadan sonra ABŞ ilk dəfə rəsmi açıqlama verib. Adının açıqlanmasını istəməyən Pentaqon nümayəndəsi “Sputnik” kanalına verdiyi açıqlamada havadan müdafiə sisteminin Türkiyənin təhdidlərdən qorunması üçün ən yaxşı variant olduğunu deyib.
"Qarabağ" legioneri ilə yolları ayırır
Mövsümün əvvəlində Yunanıstan "Olimpiakos"undan icarəyə götürülən Tarik Elyunussi yanvarda "Qarabağ"ı tərk edəcək. Ağdam klubunda artıq futbolçu ilə bağlı qərar verilib.
İtən alpinistlərin axtarışı bu gün də davam etdirilib
“Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları bu gün də davam etdirilib. Lakin təəssüf ki, hələlik bir nəticə yoxdur”.
İran XİN-in sözçüsü: “Ümid edirik ki, 2018-ci ildə Azərbaycan və Ermənistan arasında ixtilaf həll olunacaq”
“Miladi təqvimi ilə Yeni il münasibətilə Azərbaycan xalqını və APA-nın oxucularını təbrik edirəm. Deyə bilərik ki, İran İslam Respublikası ilə qonşu və dost ölkə olan Azərbaycan arasında keçən bir il ərzində əlaqələr yüksələn temp üzrə inkişaf edib. İki ölkənin yaxşı əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində önəmli addımlar atılıb. Bir çox sahələrdə ölkələrimiz razılığa gəlib və əməkdaşlıq edir”.
"27 ildir deputatam, heç bir xarici ölkəyə getməmişəm" - Hacı Madər
“Mən 27 ildir ki, deputatam. Bu müddət ərzində Azərbaycanda olan bütün vəzifəli şəxslərlə görüşmüşəm”. Bu sözləri Milli Məclisin 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Madər Musayev deyib. Deputat indiyə kimi heç bir xarici ölkədə olmadığını da bildirib.
Röyanın möhtəşəm Quba konserti
Mədəniyyət və Truizm Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti keçirilib. Olaylar.az bildirir ki, konsert proqramı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, “ASAN xidmət”in 5, ASAN Radionun isə 2 yaşına həsr olunub. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, 5 il əvvəl, yəni 2012-ci il dekabrın 29-da Respublikamızda dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatların tərkib hissəsi olaraq, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzinin açılışı baş tutub.
Məmur oğlu sevgilisi olan qızı bir kisə dollar səpməklə yuxudan ayıldır - VİDEO
Dolların stabilliyini qorumadığı bir dövrdə sevgilisinin başına pul səpələyən “romantik”lərin sayı get-gedə artır. Videoda yatmış sevgilisinin başına dollar səpələyən gənc onu yuxudan oyadır. Xanım isə həmin pulları dəstələyərək başının altına qoyub, şirin yuxusuna davam edir.
20 il əvvəl törədilmiş qətlin üstü açıldı - Masallıda
Respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Bakıda itkin düşdü, Suriyada tapıldı - İŞİDƏ qoşuldu
1981-ci il təvəllüdlü Hüseynov Mehman Tariyel oğlu hələ 2014-cü ilin dekabrında itkin düşüb. Hüseynovun anası – 1954-cü il təvəllüdlü Nailə İbrahimova yaşadığı Xətai rayonunun 36-cı polis bölməsinə müraciət edərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarını itkin düşmüş oğlu barədə məlumatlandırıb. Aparılmış istintaq zamanı Hüseynovun Azərbaycandan kənarda silahlı birləşmələrə qoşulması, daha dəqiqliklə, Suriyada Bəşər Əsədin ordusuna qarşı döyüşən yaraqlılara qoşulması barədə güman formalaşıb. Lakin bu məlumat yalnız indi təsdiqlənib və dekabrın 28-də işin materialları təhqiqat aparılması üçün müvafiq strukturlara göndərilib. Hüquq-mühafizə orqanlarınının əməkdaşlarının hazırda Hüseynovun sağ olub-olmaması barədə məlumatları yoxdur.
İranda ikinci inqilab: ABŞ xaos ssenarisini işə salır
“İslam dövləti istəmirik!”. İranda Məşhəd və Kirmanşah başda olmaqla bir sıra şəhərdə iki gün öncə başlanan etiraz aksiyaları davam edir. İndiyə qədər İranda baş verən və sonradan səngiyən, yaxud yatırılan aksiyalar müşahidə olunub. Lakin hazırda davam edən aksiyanın hansı şüar altında başlayaraq, hansı şüarlara qədər gəlib çıxması diqqət çəkir: Etirazçılar bahalığa, işsizliyə, korrupsiyaya və digər sistemdaxili problemlərə qarşı küçələrə çıxdılar. Ardınca “Ruhaniyə ölüm!”, “Suriyadan çıxın, bizi fikirləşin!”, “Qəzza yox, Livan yox, İran üçün!” kimi siyasi şüarları eşidildi. Nəhayət, “Mollalara ölüm!”, “İslam dövləti istəmirik!” şüarları İran İslam İnqilabından başlayaraq, 38 il ərzində davam edən ideoloji quruluşun əleyhinə çevrildi. Aksiyalara bu şüarların fonunda yanaşdıqda İranda “inqilabın” hazırlandığı fikri önə çıxır, həm də baş verənlərdə “ərəb baharı” ssenarisinin elementləri də görünür.
Qurban Qurbanov dünyanın ən yaxşı məşqçilərindən oldu - SİYAHI
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. "Dünya məşqçi sıralaması" saytının təqdim etdiyi siyahıda Azərbaycanın 3 məşçqisi - Qurban Qurbanov, Roman Qriqorçuk və Ayxan Abaasov yer alıb.
Yunanıstandan Türkiyə ilə bağlı XAİN ADDIM
Yunanıstana qaçan 8 türkiyəli hərbçi ilə bağlı yeni qərar açıqlanıb. 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhd edən 8 hərbiçi sərhədi keçərək Yunanıstana keçib. Yunanıstanın Ali Məhkəməsi 8 hərbçidən birinə sığınacaq verilməsi tələbini qəbul edərək onu sərbəst buraxıb.
Ərdoğanın qol saatı ilə bağlı SİRR AÇILDI: sən demə... - FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Prezidentin qolundakı saat “Vətən” qəzetinin muxbirinin gözündən qaçmayıb və o, Ərdoğandan saatın hekayəsini soruşub.
Pəhrizdə doğru bilinən yanlışlar
Ac qalaraq arıqlamaq olarmı? Çörək kökəldirmi? Dietik qidalar arıqladırmı? Aç qalaraq arıqlamağın, çörəyin kökəltdiyinin, diyet məhsullarının arıqlatdığının və 18:00-dan sonra yemək yeyilməməsinin əslində doğru olmadığını bilirdinizmi?




.jpg)









