Gündəm

Göz sağlamlığınızı pozan vərdişlər

30 Dekabr 2017 10:56

Gözlərinizin sağlamlığına və qulluğuna diqqət edirsinizmi?.Üzünüzdə ilk olaraq diqqət çəkən gözləriniz hislərinizi ifadə edir. Bəs hansı səhvlər göz sağlamlığınızı poza bilər?.

Kəskin soyuqlar və donvurmadan 7 nəfər öldü

30 Dekabr 2017 10:44

ABŞ-ın şimal və şərq bölgəsində kəskin soyuqlar və donvurma nəticəsində azı 7 nəfər ölüb. Çikaqo şəhəri yaxınlığında iki, Kanzas ştatında dörd, Cənubi Dakotada isə bir nəfər anomal soyuqların qurbanı olub. Bəzi ərazilərdə havanın temperaturu mənfi 17 dərəcəyədək düşüb.

Şimali Koreya 2018-ci ildə də DAYANMAYACAQ

30 Dekabr 2017 10:43

Koreya Xalq Demokratik Respublikası 2018-ci ildə öz nüvə proqramı üzərində işləri dayandırmaq fikrində deyil. Bu barədə Şimali Koreyanın rəsmi “STAK” informasiya agentliyinin yaydığı məlumatda bildirilir.

Çörək almağa gələn 17 yaşlı qızı 63 yaşlı satıcı zorladı və... - ŞOK OLAY

30 Dekabr 2017 10:41

Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib. Antalyanın Manavat bölgəsində yaşayan 17 yaşlı Ş.Ö. axşam saatlarında dükana çörək almağa gedib. Ətrafda heç kimin olmadığını görən satıcısı 63 yaşlı kişi qızı mağazaya salaraq ona təcavüz edib.

Sürücülərə ŞAD XƏBƏR: 40 manatlıq cərimə LƏĞV EDİLDİ

30 Dekabr 2017 09:27

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə tətbiq edilən 40 manat cərimə ləğv edilib. Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyi təsdiqləyib.

Sərhəddə növbəti zəlzələ

30 Dekabr 2017 09:26

İran-İraq sərhədində 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İranın Sərpol Zəhab şəhərindən 41 km şimal-qərbdə, ocağı 14 km dərinlikdə yerləşib.

DƏHŞƏT: Yaş 9, başlanğıc qiyməti 15 min dollar - VİDEO

30 Dekabr 2017 09:15

Suriya və İraqda İŞİD üzərində qələbə haqqında elandan sonra da yüzlərlə yezidi qadın terrorçularda girovda qalır. Bəziləri qaçaraq xilas olmağa müvəffəq olur.

Elza Seyidcahanın ailəsi QƏZAYA düşdü - "Güclə qanı saxladıq"- FOTOLAR

30 Dekabr 2017 09:11

Bu gün paytaxt məkanlarının birində nəvəsi Səmərruxa doğum keçirən əməkdar artist Elza  Seyidcahanın başına iş gəlib. Açıqlama verən E.Seyidcahanın kürəkəni bildirib ki, qızı və həyat yoldaşı ilə ad günü keçirilən məkana gələn zaman avtomobil qəzasına düşüblər: “Taksi ilə ad günü keçirilən məkana gəlirdik. Yoldaşım Gülşən də mənlə üzbəüz oturmuşdu.

İsrail YUNESKO-nu tərk edir

30 Dekabr 2017 09:07

YUNESKO-nun baş katibi Odre Azule İsrail hökumətindən ölkənin təşkilat sıralarından çıxmasına dair bildiriş alıb. İsrail BMT-nın Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatına 1949-cu ildə daxil olub.

Gecə klubunda partlayış

30 Dekabr 2017 09:05

Kolumbiyanın Kaukasiya şəhərində gecə klubunda qumbara partlayıb. Hadisə nəticəsində azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəzzada qarşıdurma: yüzlərlə yaralı

30 Dekabr 2017 09:03

Qəzza zolağında İsrail hərbçiləri ilə baş verən qarşıdurmalar zamanı yüzlərlə fələstinli yaralanıb.Bu barədə Fələstin Dövlətinin Səhiyyə Nazirliyindən bildiriblər.

Qərargah rəhbəri: "Alpinistlərin axtarışı güman gələn bütün istiqamətlərdə aparılır"

30 Dekabr 2017 09:02

“Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir”. Bunu  axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.

12-ci Beynəlxalq yumor festivalı keçiriləcək - QƏBƏLƏDƏ

30 Dekabr 2017 09:00

Qəbələdə 12-ci Beynəlxalq “Veselo” Yumor festivalı keçiriləcək.  4-11 yanvar tarixlərində baş tutacaq festivalda gündüz saatlarında idman və əyləncə proqramları, axşam saatlarında isə konsert və yumor proqramları gerçəkləşək. 2009-cu ildən həyata keçirilməyə başlayan bu festival ilk olaraq Yunanıstanda, növbəti illərdə isə İordaniya, BƏƏ, Türkiyə və Ukrayna kimi ölkələrdə baş tutub.

İspaniyalı alimlər itkin düşmüş insanların axtarışı üçün mobil proqram hazırlayıblar

29 Dekabr 2017 20:06

İspaniyanın Alikante Universitetinin alimləri tərəfindən hazırlanmış mobil proqram meşə və dağlarda itkin düşmüş insanların axtarışına kömək edəcək.