Gündəm
Zaqatalada piyadanı maşın vurub öldürüb
Zaqatalada yolu keçən piyadanı maşın vuraraq öldürüb. “Olaylar”ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2017-ci il dekabrın 28-də saat 8 radələrində Zaqatala rayonunun Gözbarax kəndində şəhər sakini Ramin Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Cuma İbrahimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 2-də orada ölüb. Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.
İranda baş verən etirazlar nəyə hesablanıb?
Artıq bir neçə gündür ki, cənub qonşumuzda daxili siyasi sabitlik pozulub. Ölkənin bütün bölgələrini bürüyən etiraz aksiyaları xalq kütlələri ilə hüquq-mühafizə orqanları arasında ciddi şəkildə qarşıdurmaların baş verməsinə yol açıb. Nəticədə son bir neçə gün ərzində 20-dən artıq şəxs qarşıdurmaların qurbanına çevrilərək həyatını itirib. Həlak olanlar arasında həm etirazçılar, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları var.
Elçin Hüseynbəyli yazır... Dostumun toyuqları, petardlar və harınlar
Sizi bilmirəm, amma mən baməzə, yəni zarafatcıl dostumun maraqlı əhvalatları üçün darıxmışam. Belə əhvlatlardan biri də yeni il ərəfəsi oldu. Bu dəfə hadisə başqalarının yox, elə dostumun özünün başına gəldi.
Ermənistan bir daha öz qeyri-konstruktiv mövqeyini sərgilədi
Artıq 2018-ci ilin bir neçə gününü yaşayırıq. Başa vurduğumuz 2017-ci il iqtisadi və siyasi, sosial, humanitar, eləcə də beynəlxalq münasibətlər sistemində yadda qalan il olsa da, lakin Dağlıq Qarabağ probleminin həlli baxımından keçən il heç də Azərbaycan üçün uğurlu olmadı. Bəs görəsən, cari ildə gözləntilər nədən ibarətdir? Yaxın vaxtlarda baş tutacaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü problemin həllinə hansısa formada müsbət təsir göstərəcəkmi? Bu və ya digər suallarla Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.
Ququş İrandakı aksiyaçılara DƏSTƏK OLDU və bunları BƏYAN ETDİ: "İntiqamımızı..." - VİDEO
İranda keçirilən etiraz aksiyalarına tanınmış müğənni Ququş da səssiz qalmayıb. Əslən azərbaycanlı olan sənətçi bu yaxınlarda Hamburqda verdiyi konsertdə etirazlar barədə bunları deyib: “İrandan kənarda, başqa ölkədə yaşadığımız üçün iranlılara dəstək ola və yol göstərə bilmərik. Lakin biz ölərik, öldürərik və intiqamımızı alarıq. Sizinlə olduğumu yaddan çıxartmayın".
Türkiyədəki Azərbaycan səfiri İzmirdə işgüzar görüşlər keçirdi
Tarixi və etnik köklərə bağlı olan Azərbaycan və Türkiyə arasındakı təbii yaxınlaşma ümumi maraqlar ətrafında səylərin birləşməsinə, gələcəyin möhkəm təməllər üzərində qurulmasına hududsuz imkanlar yaratmaqdadır. Ulu öndirimiz Heydər Əliyevin “Bir millət-iki dövlət” adlandırdığı Azərbaycan-Türkiyə və onların analoqu olmayan əlaqələri yüksək bir səviyyədə inkişaf etməkdədir. Möhtərəm prezidentimiz İlham Əliyevin dediyi kimi Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı ilə Azərbaycan Respublikasını, Azərbaycan xalqını bağlayan qırılmaz tellər var. Heç şübhəsiz ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələrini İzmirə gətirən də bu bağlılıq olmuşdur. Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim və səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2018-ci il ərəfəsində Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə olmuş, burada bir çox işgüzar görüşlər keçirmişlər.
Hazırkı status-kvo Ermənistanın xeyrinədər
Erməni cəmiyyəti 2016-cı ilin aprelində itirdikləri "Lələtəpə" ni geri qaytarmaq haqqında qızğın müzakirələr aparır, Azərbaycanın yeni ərazilərini işğal etməyi belə xəyallarından keçirirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Qarabağda növbəti təxribatlara hazırlaşır.
Vitse-spiker: Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir
Ermənistanda işsizlik və miqrasiya üzrə Gürcüstan və Avrasiya İttifaqı ölkələri ilə müqayisədə ən xoşagəlməz göstəricilər mövcuddur. Məlumata görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Mikael Melkumyan deyib. M.Melkumyan qeyd edib ki, Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir və 30 faiz həddindən aşağı düşmür: “İşsizlik səviyyəsi 20 faiz ətrafındadır. Ölkədən əmək miqrantlarının axını çox böyükdür”.
20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqləndi
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Sabah bəzi yerlərdə yağış yağacaq
Yanvarın 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.
Türk serialları ölkəyə yarım milyard dollara yaxın GƏLİR GƏTİRDİ
140-dan çox ölkədə göstərilən türk serialları 2017-ci ildə Türkiyəyə 350 milyon dollardan çox gəlir gətirib. Qardaş ölkənin serial sektoru yüksək ixracat göstəricilərinə nail olaraq böyük uğura imza atıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, son 10 ildə dünyada maraqla izlənən türk serialları Amerika seriallarından sonra ikinci sırada yerləşib. Amerikadan Rusiyaya, Balkanlardan Orta Şərqə və Uzaq Şərqdən Latın Amerikaya qədər dünyanın dörd bir tərəfində göstərilən serialların illik ixracat gəliri 350 milyon dollardan çox olub. Kino Baş İdarəsinin məlumatlarına görə, bu günə qədər ən çox ixrac edilən seriallar arasında "Adını Feriha koydum", "Gümüş", "Fatmagülün suçu nə?”, "Ezel" və "Kara Sevda" yer alıb.
Bu il manatın dollara məzənnəsi möhkəmlənə bilərmi?
Maliyyə naziri manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib. Bir müddət öncə isə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar təşkilatı tərəfindən bu ay keçirilən sorğu və hazırlanan hesabatda Azərbaycan milli valyutasının dollara nisbətən kursunun 2018-ci ildə 1.59-dək yüksələcəyi qeyd olunmuşdu.
Neftin qiyməti bahalaşacaq
Qərb KİV-lərinin irəli sürdüyü müləhizəyə görə yaxın günlərdə neftin qiyməti bahalaşaraq barreli 100 dolları keçəcək. “OLAYLAR”-ın xəbərinə görə, bahalaşmaya başlıca səbəb kimi İranda son günlər yaşanan olaylar göstərilir. “Forbes” jurnalının təhlilinə görə eyni hadisə 1979-cü ildə də baş verib.
Peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı tam yerinə yetirilib
2017-2018-ci dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfər təşkil edib və tam yerinə yetirilib. “OLAYLAR” Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu, 2016-2017-ci dərs ili ilə müqayisədə 2130 nəfər çoxdur. Bu dərs ilində ölkədə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə 11600 nəfər dövlət hesabına, 9350 nəfər ödənişli əsaslarla qəbul olunub.
Üç deputat AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib. Məlumata görə, Milli Məclisin bir neçə deputatı Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibindən çıxarılıb.





.jpg)








