Türkiyədəki Azərbaycan səfiri İzmirdə işgüzar görüşlər keçirdi

Tarixi və etnik köklərə bağlı olan Azərbaycan və Türkiyə arasındakı təbii yaxınlaşma ümumi maraqlar ətrafında səylərin birləşməsinə, gələcəyin möhkəm təməllər üzərində qurulmasına hududsuz imkanlar yaratmaqdadır. Ulu öndirimiz Heydər Əliyevin “Bir millət-iki dövlət” adlandırdığı Azərbaycan-Türkiyə və onların analoqu olmayan əlaqələri yüksək bir səviyyədə inkişaf etməkdədir.  Möhtərəm prezidentimiz İlham Əliyevin dediyi kimi Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı ilə Azərbaycan Respublikasını, Azərbaycan xalqını bağlayan qırılmaz tellər var. Heç şübhəsiz ki, Azərbaycanın Türkiyədəki  səfirliyinin nümayəndələrini  İzmirə gətirən də bu bağlılıq olmuşdur. Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim və səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2018-ci il ərəfəsində Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə olmuş, burada bir çox işgüzar görüşlər keçirmişlər.

Tarixi və etnik köklərə bağlı olan Azərbaycan və Türkiyə arasındakı təbii yaxınlaşma ümumi maraqlar ətrafında səylərin birləşməsinə, gələcəyin möhkəm təməllər üzərində qurulmasına hududsuz imkanlar yaratmaqdadır. Ulu öndirimiz Heydər Əliyevin "Bir millət-iki dövlət" adlandırdığı Azərbaycan-Türkiyə və onların analoqu olmayan əlaqələri yüksək bir səviyyədə inkişaf etməkdədir.  Möhtərəm prezidentimiz İlham Əliyevin dediyi kimi Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı ilə Azərbaycan Respublikasını, Azərbaycan xalqını bağlayan qırılmaz tellər var. Heç şübhəsiz ki, Azərbaycanın Türkiyədəki  səfirliyinin nümayəndələrini  İzmirə gətirən də bu bağlılıq olmuşdur. Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim və səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2018-ci il ərəfəsində Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə olmuş, burada bir çox işgüzar görüşlər keçirmişlər.

Səfirin İzmir şəhərinə səfəri salınmaqda olan "Bakı Parkı" ilə tanışlıqla başladı. İzmir şəhərində fəaliyyət göstərən "Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti"nin sədri Asif Qurban yeni layihə haqqında məlumat verərək, hələ sovetlər dönəmində İzmir ilə Bakı şəhərlərinin qardaşlığından və vaxtilə qurulmuş əlaqələrdən danışdı. İzmirdə Bakının  adınını daşıyan bir parkın salınması üşün İzmir Böyük Şəhər Bələdiyəsinə  müraciət etdiklərini və bu istəklərinin cavabsız qalmadığını, şəhərin ən gözəl yerlərindən birində bu məqsədlə yer ayrıldığını bildirdi. 

Daha sonra səfir Xəzər İbrahim İzmir şəhər İcra Hakimiyyəti və İzmir Böyükşəhər Bələdiyəsində oldu. Səfir bu görüşlərdə Egey bölgəsinin bütün Azərbaycan üçün də önəmli bir yer olduğunu bildirdi. İzmir Böyükşəhər Bələdiyəsinə İzmirdə yaşayan azərbaycanlıları  birləşdirən "Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti"nin müraciətinə hörmətlə yanaşdıqlarına, tikilməkdə olan "Bakı Parkı" üçün olduqca gözəl bir məkanda yer ayrılmasına görə təşəkkür etdi. Parkın açılış mərasiminin 2018-ci ildə keçirilməsi planlaşdırıldı.

Səfir Xəzər İbrahim İzmir səfəri çərçivəsində Türkiyənin ən tanınmış dövlət universitetlərindən olan Egey Universitetinin  rektörü prof. Nəcdət Budak və Dokuz Eylül Universitetinin rektoru prof. Erdal Çeliklə ilə də görüşdü. Görüşlərdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində aprılan məsələlərdən danışıldı, bu universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin problemlərinə toxunuldu.

Egey Universiteti Türk Dünyası Araşdırmaları İnistutunun konfrans salonunda "Azərbaycanın xarici siyasəti" mövzusunda konfrans da keçirildi. Səfir Xəzər İbrahimin məruzəsi  konfrans iştirakçısı olan  universitet müəllimləri, siyasi partiyalar və qeyri-hökümət təşkilatlarının nümayəndələri, eləcə də çoxsaylı xarici və azərbaycanlı tələbələr tərəfindən maraqla qarşılandı. Konfransın sonrunda məruzə üçün minnətdarlığını bildirən Egey Universitetinin rektörü prof. Nəcdət Budak səfirə təşəkkür plaketi təqdim etdi. Konfrans sonrası da "Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti" tərəfindən təşkil olunan kokteyldə Azərbaycan vətəndaşları, tələbələr, universitet müəllimləri və yerli vətəndaşlarla dialoq və onların çoxsaylı suallarının cavablandırılması davam etdirildi.

Günün sonunda Səfir Xəzər İbrahim, "Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti"nin ev sahibliyi və təşkilatçılığı  ilə İzmirin aparıcı iş adamları, onların təmsilçisi olduğu təşkilatlarının rəsmiləri ilə toplantıda görüşdülər.

İzmir şəhərinə səfərinin ikinci günündə  səfir  Xəzər İbrahim Egey bölgəsinin ən böyük sənaye rayonu olan Əliağaya gəldi, Azərbaycan dövlətinin ən böyük xarici investisiyalarının qöyulduğu "Petkim", "Star Rafinəsi" və "Petlim" şirkətlərində oldu. Şirkətlərə gəzintidən sonra   "Heydər Əliyev adına  litsey"də  Ümummilli Liderin vəfatının ildönümünə həsr olunmuş  tədbirdə iştirak etdi.  Tədbirdə Heydər Əliyevin həyat yolundan, fəaliyyətindən, dünya liderlərinin bu böyük şəxsiyyətə verdikləri dəyərdən  bəhs edildi. Heydər Əliyevin sadəcə Azərbaycan üçün deyil, Türkiyə və bütün türk dünyası üçün önəmli bir lider olduğu vurqulandı.

İzmir səfərinin 3-ü günündə səfir Xəzər İbrahim İzmir universitetlərində rezidentura təhsili alan həkim-tələbələrlə, eləcə də "Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti"nin ofisində İzmirdəki Azərbaycan icması, diaspora fəalları və müxtəlif qeyri-hökümət təşkilatlarının rəhbərləri ilə görüşdu. Səmimi bir şəraitdə keçən görüşdə, cəmiyyətin sədri Asif Qurban, cənab Səfirin Türkiyənin bir çox vilayətində olmasını, burada yaşayan azərbaycanlılarla, onların problemləri ilə yaxından tanışlığını yüksək dəyərləndirdi. O, qeyd etdi ki, cənab səfirin növbəti səfərinin İzmirə olması, "Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti"ni ziyarət etməsi burada yaşayan azərbaycanlılar üçün də stimul oldu.  Asif Qurban çıxışında cəmiyyətin həyata keçirdikləri işlər haqqında da  məlumat verdi.

Səfir Xəzər İbrahim çıxışında tədbir iştirakçılarına təşəkkür etdi, səfirliyin fəalliyətindən bəhs edərək, diaspora sahəsində həyata keçirilməsi vacib olan məsələlər, iki qardaş ölkə arasında əlaqələrin möhkəmləndirilməsindən və xalqlarımızın bir-birlərini daha  yaxından tanıması üçün görüləcək işlərdən, diaspor təşkilatlarının bu sahədəki önəmli fəaliyyətindən danışdı, bir sıra tövsiyələr verdi. Görüş xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.

İzmir-Bakı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31