Üç deputat AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib. Məlumata görə, Milli Məclisin bir neçə deputatı Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibindən çıxarılıb.
4 Yanvar 2018 12:44 SiyasətAzərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib. Məlumata görə, Milli Məclisin bir neçə deputatı Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Bundan əvvəl Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxil idi. Məlumata görə, AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılan deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayevdir.