Gündəm
Azərbaycanlı iş adamları arasında sorğu keçirilir
İCMAL.az Analitik Təhlil Saytı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) təşkilati və texniki dəstəyi ilə 2017-ci ilin yekunlarına həsr edilmiş növbəti sorğusunu təqdim edir. “OLAYLAR”-a daxil olan məlumata görə, “Hansı azərbaycanlı iş adami ölkəmiz adina böyük işlər görür?” başlığı ilə reallaşan soğunun əsas məqsədi dünya azərbaycanlılarının diqqətini bir mərkəzə yönəltmək, görülən işlərə qiymət vermək, tanınmış ziyalılarımızı gənclər arasında təbliğ etməkdən ibarətdir.
Uşaqların Yeni il şənliyində xoşagəlməz olay, proqram yarımçıq kəsildi
Yanvarın 3-də Əl Oyunları Sarayında uşaqlar üçün təşkil edilən "Yeni il şənliyi" proqramında xoşagəlməz olaylar yaşanıb. Proqramda iştirakçı olan valideynlərdən birinin “OLAYLAR” -a verdiyi məlumata görə, proqram zamanı balacalar üçün nümayiş etdirilən şou yarımçıq kəsilib.
Mingəçevirdə yataqxanada yanğın baş verib
Mingəçevirdə yataqxanada yanğın baş verib. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb edilib. İlkin məlumata əsasən, hadisə nəticəsində bina sakinləri təxliyə olunublar, tüstüdən zəhərlənənlər var. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Bayram günlərində 36 yol-nəqliyyat hadisəsi baş verib
Bayram günlərində Azərbaycan ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, son 4 gündə respublikanın avtomobil yollarında 36 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 9 nəfər ölüb, 45 nəfər xəsarət alıb.
Ərəb koalisiyası husilərin yolunu bağladı
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin silahla təchizatında mühüm rol oynayan Taiz və Xodeyda şəhərləri arasındakı yolu ələ keçirib. Bu barədə informasiyanı VAM agentliyi yayıb. Şəhərlər arasındakı yolun ələ keçirilməsi üçün onlarla silahlının öldürüldüyü bildirilib.
Pilotlar uçuş zamanı mübahisə etdilər
İngiltərədən Hindistana havalanan sərnişin təyyarəsində pilotlar uçuş zamanı mübahisə ediblər. Olaylar.az bildirir ki, Jet Airways sərnişin təyyarəsinni qadın və kişi pilotu arasında yaşanan mübahisə zamanı kişi pilot qadına pilota əl qaldırıb. Məlumata əsasən qadın piolot uzun müddətli uçuş kabinasını tərk edib.
Səhiyyə sistemində 36 saxtakar aşkarlandı
Ötən il səhiyyə sahəsində 36 saxta diplom aşkarlanıb və bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib. Bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. Onun sözlərinə görə, aşkarlanan saxta diplomların əksər hissəsi orta tibb ixtisası təhsil müəssisələri (tibb kollecləri) tərəfindən verilənlərdir.
Türkiyə S-400 kompleksi üçün xüsusi alay yaradır
Türkiyə Rusiyadan alınacaq S-400 zenit raket kompleksləri üçün xüsusi alay komandanlığı yaradacaq. Bu barədə “CNN Türk” informasiya yayıb. Məlumat görə, alay komandanlığı 2 tabor və 4 bölükdən ibarət olacaq. Ölkə ərazisindəki 2 taborda hər birində 72 olmaqla, ümumilikdə 144 raket hər an buraxılış üçün hazır vəziyyətdə saxlanılacaq.
“Beşiktaş” dünya ulduzunu pulsuz alıb, 50 milyona satacaq
Cenk Tosunun “Beşiktaş”a transfer edilməsindən sonra onun yerini “Nays” klubunun hücumçusu Mario Balotelli tutacaq. Artıq futbolçu ilə klub menecerləri arasında danışıqlar başlayıb. Futbolçunun Çempionlar Liqasında oynamaq istəməsi transfer danışıqlarına müsbət təsir göstərib. Onun meneceri “Beşiktaş”ın prezidenti Fikret Ormana futbolçunun şərtlərindən ibarət siyahı göndərib. Siyahıda futbolçuya Çempionlar Liqasında oynayan bir komandadan təklif gələrsə, ödənişsiz olaraq hazırki komandasından ayrıla biləcəyi maddəsi də yer alıb.
2017-ci ildə qan müayinələri zamanı aşkarlanan XƏSTƏLİKLƏR
“2017-ci ildə 130 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3611 talassemiya daşıyıcısı, 103 qazanılmış immun çatışmazlığı sindromu, 422 sifilis xəstəliyi aşkar edilib”. Bu barədə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov məlumat verib.
Aydın Mirzəzadə: “2018-ci ilin məxsusi hadisəsi Prezident seçkiləridir”
“Ümumiyyətlə hər bir il əvvəlkinin məntiqi davamıdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan uğurlu müstəqil dövlətçilik kursu ildən-ilə öz müsbət nəticələrini verir. Bu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən də Azərbaycanın milli maraqlarına və dünyanın müasir tələblərinə uyğun olaraq davam etdirilməsi ölkəmizə hər il uğur gətirir. Bu uğurun nəticəsi 2018-ci ildə davam edəcək. Azərbaycanda stabillik möhkəmlənəcək, iqtisadiyyatımız güclənəcək, ölkəmizin beynəlxalq aləmdə nüfuzu durmadan artacaq. Eləcə də Azərbaycanla dost olmaq, ölkəmizlə birgə layihələr görmək istəyən dövlətlərin sayı durmadan artacaq. Azərbaycan yenə əvvəlki illər kimi özünün diplomatik imicini qoruyub saxlayacaq”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Ermənistan hakimiyyəti o zaman ayılacaq ki... ANALİTİK
Ermənistanın müxtəlif ictimai-siyasi dairələri son zamanlar regionda, xüsusilə qonşu İranda baş verən hadisələr fonunda ölkədə yeni qarşıdurmaların yaşanması ehtimallarını qiymətləndiriblər. Daha dəqiq desək, Serj Sarkisyanın uğursuz siyasəti əsnasında bəzi fikirlər maraq doğurmaqdadır. SİA xəbər verir ki, bu haqda ölkənin aparıcı informasiya saytlarından olan “1in.am”ın rusdilli analitika bölməsində siyasi şərhçi Sarqis Artsruni yazıb.
Novruz bayramında bir həftə qeyri-iş günü olacaq
Bu il Novruz bayramı ilə bağlı qeyri-iş günləri məlum olub. Məlumatına görə,Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.
Avstraliyada marixuana ixracı qanuniləşdi
Avstraliya hökuməti istehsalçılar üçün tibbi marixuana ixracını qanuniləşdirmək barədə qərar qəbul edib. Məlumata görə, yeni qərar əsasən, istehsalçılar yerli əczaçılıq sənayesini inkişaf etdirmək məqsədilə marixuananı ixrac edə bilərlər.
Mogerini: Kubanın ABŞ tərəfindən blokadası həll yolu deyil
Kubanın ABŞ tərəfindən ticari-iqtisadi blokadası yolverilməzdir. Məlumata görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib. F.Mogerini qeyd edib: "Blokada həll yolu deyil və biz bunu BMT-də Birləşmiş Ştatlardan olan tərəfdaşlarımıza çox demişik".













