Aydın Mirzəzadə: “2018-ci ilin məxsusi hadisəsi Prezident seçkiləridir” 

“Ümumiyyətlə hər bir il əvvəlkinin məntiqi davamıdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan uğurlu müstəqil dövlətçilik kursu ildən-ilə öz müsbət nəticələrini verir. Bu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən də Azərbaycanın milli maraqlarına və dünyanın müasir tələblərinə uyğun olaraq davam etdirilməsi ölkəmizə hər il uğur gətirir. Bu uğurun nəticəsi 2018-ci ildə davam edəcək. Azərbaycanda stabillik möhkəmlənəcək, iqtisadiyyatımız güclənəcək, ölkəmizin beynəlxalq aləmdə nüfuzu durmadan artacaq. Eləcə də Azərbaycanla dost olmaq, ölkəmizlə birgə layihələr görmək istəyən dövlətlərin sayı durmadan artacaq. Azərbaycan yenə əvvəlki illər kimi özünün diplomatik imicini qoruyub saxlayacaq”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

"Ümumiyyətlə hər bir il əvvəlkinin məntiqi davamıdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan uğurlu müstəqil dövlətçilik kursu ildən-ilə öz müsbət nəticələrini verir. Bu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən də Azərbaycanın milli maraqlarına və dünyanın müasir tələblərinə uyğun olaraq davam etdirilməsi ölkəmizə hər il uğur gətirir. Bu uğurun nəticəsi 2018-ci ildə davam edəcək. Azərbaycanda stabillik möhkəmlənəcək, iqtisadiyyatımız güclənəcək, ölkəmizin beynəlxalq aləmdə nüfuzu durmadan artacaq. Eləcə də Azərbaycanla dost olmaq, ölkəmizlə birgə layihələr görmək istəyən dövlətlərin sayı durmadan artacaq. Azərbaycan yenə əvvəlki illər kimi özünün diplomatik imicini qoruyub saxlayacaq". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ölkəmizdə bir-birinin ardınca beynəlxalq tədbirlər, idman yarışları keçiriləcək: "Azərbaycanda regionun və dünyanın aktual məsələləri müzakirə ediləcək. Dövlətimizin iştirakçısı olduğu istənilən prosesin mütləq müsbət nəticə qazanacağına hər hansı bir şübhə olmayacaq. Eyni zamanda elan edilən və yerinə yetirilən vətəndaşlarımızın sosial hüquqlarının qorunması siyasəti daima hiss ediləcək. Tikilən mənzillərin, iş yerlərinin sayı artacaq, infrastruktur yaxşılaşacaq, təhsilin, səhiyyənin səviyyəsi artacaq. 2018-ci ilin məxsusi hadisəsi isə bu il keçiriləcək prezident seçkiləri olacaq. İlk dəfə olaraq dövlət başçısı artıq yeddi il müddətinə seçiləcək. Bu tamamilə düzgündür. Seçilən şəxs özünün proqramını həyata keçirmək, götürdüyü öhdəlikləri yerinə yetirmək üçün kifayət qədər vaxtı olacaq.

Heç bir şübhə yoxdur ki, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi yenidən qələbə qazanacaq. YAP-ın bütün Azərbaycan coğrafiyası üzrə möhkəm ərazi təşkilatları var. Rəy sorğuları partiyamızın və onun Sədri, cənab Prezident İlham Əliyevin yüksək nüfuzunu göstərir. Ölkə başçısı "hər bir kəsin, hər bir vətəndaşın Prezidenti olacağam" şüarına çox sadiqdir. Onun siyasi nüfuzu, dövlətçiliyimizin möhkəmlənməsi üçün atdığı addımlar daima cəmiyyət tərəfindən dəstəklənir. Azərbaycan 2018-ci ilə də ilk müstəqil dövlətinin, Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyini də böyük uğurları və müstəqil dövlətinin beynəlxalq aləmdə yüksək nüfuzu ilə gələcək. 100 illik yubiley ümumən götürdükdə Azərbaycan xalqının müstəqil dövlətçiliyə malik olmasının hüququnu bir daha təsdiq edəcək. 100 illik yubiley Azərbaycanın dünya birliyində layiqli yerində olduğunu bir daha göstəricisidir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31