Gündəm
Leyla Şıxlinskayanın işçiləri məhkəmədə ifadə verdi: "1 milyonunu yemişik ki, qaytaraq?"
Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Xameneinin ailəsi ölkədən qaçdı - İran üçün DƏHŞƏTLİ İKİ SSENARİ
İranın ali dini lideri Əli Xamenei təhlükəsizlik məqsədilə ailəsini Türkiyəyə göndərib. Bu iddia ilə Rusiyanın Yaxın Şərq üzrə tanınmış ekspertlərindən olan Aleksandr Şumilin çıxış edib. Onun iddialarına görə, İranın bir sıra şəhərində əhali silahlanaraq İnqilab Keşişçiləri Korpusunun postlarını ələ keçirməyə başlayıb: “Əldə etdiyim məlumatlara görə, üsyançılar mollalara çox hirslidir. Hətta Xameneinin ailəsini Türkiyəyə göndərdiyi haqda məlumat əldə etmişəm. İranda 2011-ci ildə Suriyada baş verən hadisələrin bənzəri yaşanır”.
İtaliya tənha yaşayan insanlar ölkəsinə çevrilir
İtaliyada tənha yaşayan insanların sayı artıb, yeni doğulan körpələrin sayı azalıb, insanların ömrü isə uzanıb. Bu barədə İtaliyanın Milli Statistika İnstitutunun (İSTAT) illik hesabatında məlumat verilir. İSTAT-ın 2016-cı il üzrə hesabatının daha təəccüblü cəhəti isə ölkədə daha çox insanın tək yaşamasıdır.
Toni Bleyerdən Trampa xəbərdarlıq: “Dinlənilirsən”
İngiltərənin sabiq Baş naziri Toni Bleyer ABŞ prezidenti Donald Trampı ingilis kəşfiyyatı tərəfindən dinlənildiyi barədə xəbərdarlıq etdiyi iddia edilib. ABŞ-da yanvarın 9-da təqdimatının keçirilməsi nəzərdə tutulan "Atəş və Hirs: Tramp Ağ Evin İçindən" adlı kitabda Bleyerin keçən ilin fevral ayında Trampın kürəkəni Cared Kuşner ilə görüşdüyü yazılıb.
İrandan sonra hədəf qardaş ölkədir - Putinin “qara qutusu” ABŞ-ın gizli PLANINI AÇDI
“ABŞ Türkiyəni İran kimi marginallaşdırmaq istəyir”. Bu barədə Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin deyib. Onun sözlərinə görə, ABŞ hazırda Türkiyəni içəridən qarışdırmaq niyyətindədir.
Alpinistlər dağa qalxanda hava necə olub? - Nazirlik rəsmisi aydınlıq gətirdi
Tufandağda axtarışlara başlandığı ilk gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əraziyə cəlb edilmiş dağçılıq sahəsində təcrübəsi olan işçiləri Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeçiliyindədir. Hamı birlikdə axtarışlardan nəticə əldə etmək üçün çalışır.
Keçən il 49 paytaxt müəllimi təltif edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq 2017-ci ildə paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə, bir sıra dövlət təltiflərinə layiq görülüblər. “OLAYLAR” Bakı Şəhəri üztə Təhsil İdarəsinə istinadən xəbər verir ki, Bakı məktəblərində çalışan 8 müəllim “Tərəqqi” medalına, 6 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Ermənilər 105 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 105 dəfə pozub.
Müsabiqə qalibləri bəlli olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc fiziklərin yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub. “OLAYLAR” xəbər verir ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 39 nömrəli tam orta məktəb və 287 nömrəli “Zəkalar” liseyinin komandaları 35 balla I, 72 nömrəli məktəb-liseyin komandası 33 balla II, 312 nömrəli tam orta məktəbin komandası isə 32 balla III yerə layiq görülüb.
Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər vəsait toplanıb?
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 yanvar 2018-ci il tarixədək 88.008.970,18 AZN, 212.873,88 ABŞ dolları, 9536,0 avro və 5000,0 rubl vəsait daxil olub. “OLAYLAR” xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Könül Xasıyeva bu gün xəstəxanaya yerləşdirilir
Xalq artisti Könül Xasıyeva bu gün xəstəxanaya yerləşdiriləcək. Bu haqda axşam.az-a açıqlamasında xanəndə özü deyib. O bildirib ki, son günlər ağrıları daha da çoxalıb: "Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdiriləcəm. Həkimlər hələ 14 gün müalicə almalı olduğumu deyiblər. Əgər lazım gəlsə, daha çox qalacam. Son günlər ağrılarım da çoxalıb. Bayramın bitməyini gözləyirdim ki, xəstyəxanaya gedim".
Necə aldadıldığını canlı yayımda danışdı - Hər kəsi dəhşətə gətirən ETİRAF - VİDEO
Türkiyənin TV8 kanalında yayımlanan proqrama qatılan 26 yaşlı Sevgi Asan etirafı ilə həm ekran önündə əyləşən tamaşaçıları, həm də studiyadakıları dəhşətə gətirib. Eyni məhəllədə büyüdüyü uşaqlıq yoldaşı tərəfindən aldadıldığını iddia edən Asan rəfiqəsinin ona yarış atı almaq bəhanəsiylə 70 min lirə "atdığını" deyib.
Fatih Terim “Qalatasaray” əfsanələrini bir araya toplayır
“Qalatasaray” klubunun əfsanəvi qapıçısı Klaudio Taffarel komandasına geri qayıdıb. Bu barədə futbolçu özü şəxsi instaqram hesabında yazıb: “Həm futbolçu kimi, həm də texniki işçi olaraq çalışdığım və böyük xoşbəxtliklər yaşadığım klubuma geri qayıdıram. Mənə bir daha bu fürsəti verən idarə heyətinə, özəlliklə, Fatih Terimə təşəkkür edirəm”.
Kəskin soyuqlar can alır: 16 ölü
ABŞ-da, xüsusilə, ölkənin şərq və şimal-şərq hissəsində hökm sürən kəskin hava şəraiti səbəbilə 16 nəfər dünyasını dəyişib. Bu barədə ABŞ Milli Kosmos və Aviasiya Agentliyi (NASA) açıqlama yayıb. Açıqlamada ölkənin son illərdə ən soyuq qışlarından birini yaşadığı bildirilib.
8 qat Azərbaycan çempionu bıçaqlandı
Azərbaycanda tanınmış idmançı bıçaqlanıb. Hadisə Ağcabədi rayonunda baş verib. Bıçaqlanan şəxs isə KEMPO idman növü üzrə 8 qat Azərbaycan çempionu və bir sıra beynəlxalq yarışların qalibi Ceyhun Niyazovdur. Məlumata görə,hadisə Ceyhun Niyazova məxsus "CFC" çay evində baş verib. Gecə saatlarında çay evinin qarşısından keçən zaman kənar şəxsin içəridə olduğunu görən idmançı mübahisə zamanı bir neçə bıçaq zərbəsi alıb. Yerli sakinlərin saytımıza verdiyi məlumata görə, idmançını bıçaqlayan şəxs Cəlil Əsədovdur.Onun narkomaniyadan əziyyət çəkdiyi qeyd olunur.














