Peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı tam yerinə yetirilib
2017-2018-ci dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfər təşkil edib və tam yerinə yetirilib. “OLAYLAR” Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu, 2016-2017-ci dərs ili ilə müqayisədə 2130 nəfər çoxdur. Bu dərs ilində ölkədə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə 11600 nəfər dövlət hesabına, 9350 nəfər ödənişli əsaslarla qəbul olunub.
4 Yanvar 2018 12:46 Sosial2017-2018-ci dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfər təşkil edib və tam yerinə yetirilib. "OLAYLAR" Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu, 2016-2017-ci dərs ili ilə müqayisədə 2130 nəfər çoxdur. Bu dərs ilində ölkədə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə 11600 nəfər dövlət hesabına, 9350 nəfər ödənişli əsaslarla qəbul olunub.
Agentlikdən bildirilib ki, əmək bazarının dəyişən tələbləri nəzərə alınmaqla, əsasən əlavə dəyər yaradan 22 yeni ixtisas üzrə şagird qəbulu həyata keçirilib və tədris təşkil olunub.