Gündəm

Rusiyada tonqal qalamaq qadağan edildi - NİYƏ?

8 Yanvar 2018 12:08

Rusiya hökuməti yaşayış məntəqələrində yanğın əleyhinə tədbirlərin gücləndirilməsi ilə bağlı qərar qəbul edib. Məlumata görə, yeni qərara əsasən, yol kənarlarında quru ot va yarpaqların yandırılması və tonqal qalanması qadağan edilib.

"Keşlə"dən bosniyalı hücumçuya təklif

8 Yanvar 2018 12:06

"Keşlə" heyətinə yeni legioner cəlb edə bilər. Paytaxt klubu bosniyalı hücumçu Süleyman Krpiçə təklif göndərib. Bunu futbolçunun agenti Samir Mexiç Bosniya və Hersoqovina mətbuatına açıqlamasında deyib. O, 27 yaşlı futbolçunun transferində tələsmədiklərini bildirib: "Krpiçə bir neçə təklif gəlib. "Şkendiya" (Makedoniya),  "İrtış" (Qazaxıstan) və Bakı "İnter"ini ("Keşlə") qeyd edə bilərəm. Ancaq hələ  fikirləşmək istəyirik".

“Qızıl qlobus”un sahibləri bəlli oldu

8 Yanvar 2018 12:01

ABŞ-ın Los-Anceles şəhərində Xarici Jurnalistlər Assosiasiyasının kino və televiziya sahəsində xidmətlərə görə təqdim etdiyi və əhəmiyyətinə görə yalnız “Oskar”dan geri qalan “Qızıl qlobus” mükafatının 75-ci təqdimetmə mərasimi keçirilib.

Qarabağda hücuma keçən Ermənistan ordusu itki verdi

8 Yanvar 2018 12:01

Cəbhə xəttində təxribata cəhd edən erməni hərbi birləşmələri növbəti dəfə itki verib.

Külli miqdarda arıqlama dərmanları aşkar edildi

8 Yanvar 2018 12:00

İstanbul Gömrük Mühafizə idarəsinin əməkdaşları Atatürk hava limanında qeyri –qanuni yolla Türkiyəyə gətirilən 25 min 200 ədəd arıqlama dərmanı aşkar ediblər. Olaylar.az bildirir ki,  dərmanlar Frankfurt və Tehrandan gələn sərnişinlərə məxsus bağlamalarda ələ keçirilib.

Paytaxtda daha bir yol əsaslı şəkildə təmir edilir

8 Yanvar 2018 11:59

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Binəqədi rayonunda daha bir küçə əsaslı şəkildə təmir olunur. Agentlikdən “OLAYLAR”-a bildiriulib ki, söhbət Abay Kunanbayev küçəsindən gedir.

Millət vəkili seçicilərinin problemləri ilə maraqlanıb

8 Yanvar 2018 11:58

99 saylı Şəmkir kənd Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Sona Əliyeva seçiciləri ilə müntəzəm olaraq görüşlər keçirir. “OLAYLAR” xəbər verir ki, millət vəkilinin 2018-ci ilin ilk günlərində seçiciləri ilə ilk görüşü baş tutub.

MKİ-nin direktoru: “Rusiya onilliklərdir bunu edir”

8 Yanvar 2018 11:57

ABŞ-dakı seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı ABŞ-dan növbəti ittiham səsləndirilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo Rusiya və bəzi başqa dövlətlərin 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkiləri qarışmağa çalışacağını bildirb. “Mən əvvəlki kimi yalnız Rusiyanın deyil, həm də başqa dövlətlərin cəhdlərindən narahatam. Bizim Qərb demokratiyasına zərbə vurmaq istəyən çox rəqibimiz var”, - Mayk Pompeo CBS telekanalına müsahibəsində bildirib.

Küçədə çantasını oğurlayan tutuldu: kimliyini biləndə DƏHŞƏT YAŞADI - VİDEO

8 Yanvar 2018 11:47

Sakaryanın Serdivan qəsəbəsində tükürpədici dələduzluq faktı qeydə alınıb. Maska taxıb işi məhkəmədə olan keçmiş sevgilisinin çantasını alaraq qaçdığı iddia edilən M.A.V. saxlanılıb. M.A.V. təhqir səbəbi ilə sevgilisi tərəfindən məhkəyə verilib.  Olay ötən gün səhər saatlarında qeydə alınıb. İddiaya görə, o, keçmiş sevgilisini izləməyə başlayıb. Maska taxan M.A.V. qadını küçədə itələyərək əlindəki çantasını alıb, qaçıb.

Azərbaycandan Türkiyəyə gedən sərnişin dolu avtobus YANDI

8 Yanvar 2018 11:45

Azərbaycandan Türkiyəyə hərəkət edən sərnişin avtobusu Gürcüstanın şərq hissəsində olarkən yanıb. Bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb. Avtobusda 50 sərnişin - müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub.

Ter-Petrosyanın "Qarabağı qaytaraq" tələbi GÜNDƏMDƏ: Danışıqlar masasında hansı variant var?

8 Yanvar 2018 11:39

“Ermənistan milli konqresi” partiyası Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini dəstəkləyir. Bu barədə partiyanın mətbuat katibi Arman Musinyan deyib. Onun sözlərinə görə, “Erməni milli konqresi” Ter-Petrosyanın 2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant hesab edir.

Terrorçu Xəttabın nağıl kimi sonu - Zəhərli məktub

8 Yanvar 2018 11:37

Beynəlxalq axtarışda olan terrorçu Əmir ibn əl-Xəttab uzun sürən axtarışlardan sonra əlaqədə olduğu yoldaşlarından birinin təhlükəsizlik orqanlarına sızdırdığı informasiya nəticəsində öldürülüb.

Xarici mütəxəssis kökəlməyimizin 5 SƏBƏBİNİ AÇIQLADI

8 Yanvar 2018 11:35

Zəngin masa arxasında kalorili yeməklərlə birlikdə spirtli içki içməyin pis nəticələri ola bilər. Böyük Britaniyada Sasseka Universitetinin əməkdaşı Cenni Morris “The Conversation” jurnalına verdiyi müsahibəsində son illərdə piylənməndən əziyyət çəkən insanların sayının sürətlə artmasının səbəblərini izah edib. O, piylənməyə səbəb olan 5 faktoru açıqlayıb.

Vərəm xəstələrinə 1080 lirə müavinət veriləcək

8 Yanvar 2018 11:33

Türkiyədə vərəm xəstələrinə dövlət tərəfindən əlavə dəstək veriləcək. Məlumata görə, bu barədə Səhiyyə Nazirliyi və Ailə Məsələləri və Sosial Siyasət Nazirliyinin birgə bəyanatında deyilir. Bəyanata əsasən, hökumət tərəfindən vərəm xəstələrinə hər ay 1080 lirə müavinət veriləcək. Həmçinin bildirilir ki, ölkədə vərəm xəstələrinə psixoloji dəstək məqsədilə xüsusi mərkəzlər yaradılacaq.

Macarıstan baş naziri miqrantları "müsəlman işğalçıları" adlandırıb

8 Yanvar 2018 11:29

Macarıstan baş naziri Viktor Orban Avropaya gələn miqrantları "müsəlman işğalçıları" adlandırıb və bəyan edib ki, ölkəsi qaçqınları qəbul etmək niyyətində deyil. V.Orban bu barədə “Welt” nəşrinə deyib.