Millət vəkili seçicilərinin problemləri ilə maraqlanıb

99 saylı Şəmkir kənd Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Sona Əliyeva seçiciləri ilə müntəzəm olaraq görüşlər keçirir. “OLAYLAR” xəbər verir ki, millət vəkilinin 2018-ci ilin ilk günlərində seçiciləri ilə ilk görüşü baş tutub.

99 saylı Şəmkir kənd Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Sona Əliyeva seçiciləri ilə müntəzəm olaraq görüşlər keçirir. "OLAYLAR" xəbər verir ki, millət vəkilinin 2018-ci ilin ilk günlərində seçiciləri ilə ilk görüşü baş tutub. Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində baş tutan görüşdə millət vəkili ona müraciət edən seçicilərinin problemlərini dinləyib, onları narahat edən məsələlərlə maraqlanıb. Millət vəkili Sona Əliyeva seçicilərinin qaldırdığı problemləri dinləyərək onları qeydiyyata götürüb və həmin problemlərin həlli məqsədilə müvafiq dövlət qurumlara müraciət edəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31