Gündəm

Rusiya daha bir ölkədə seçkiyə müdaxilə edir - ABŞ

8 Yanvar 2018 11:28

Rusiya Meksikadakı növbəti prezident seçkisinə müdaxilə edə bilər. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster söyləyib. Onun sözlərinə görə, Amerika hökuməti Rusiyanın kiberalətlər vasitəsilə dezinformasiya və təbliğatlardan yararlanmasından narahatdır:

ABŞ diplomatlarını PKK ilə görüşə göndərdi

8 Yanvar 2018 11:26

ABŞ PYD-nin nəzarətindəki bölgələrə öz nümayəndə heyətini göndərib. Bu barədə informasiyanı Britaniyanın “Şark əl Avsat” qəzeti yayıb. Qəzet Suriyaya göndərilən nümayəndə heyətinin ABŞ Müdafiə naziri Ceyms Mettis tərəfindən qurulduğunu bildirib. Nümayəndə heyəti burada İraqın Qəndil dağında PKK rəhbərliyi tərəfindən müəyyən edilən şəxslərlə görüşüb.

Dəmir yolunun daha 8,6 km-i əsaslı təmir olunur

8 Yanvar 2018 11:25

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsidavam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Mövqelərimiz 125 dəfə atəşə məruz qalıb

8 Yanvar 2018 11:22

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Məzəm, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir 

8 Yanvar 2018 11:21

Dekabrın 23-də Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları davam etdirilir. Bu barədə  "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib. O qeyd edib ki, axtarışlar hələ müsbət nəticə vermir: "Axtarışlar Quba rayonunun Xınalıq istiqamətində davam etdirilir. Hələ ki, bir nəticə yoxdur".

Səhiyyə Nazirliyi: Zığda qəzada yaralananlardan 4 nəfəri hələ xəstəxanada

8 Yanvar 2018 11:19

Bakıda Zığ şossesində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən sərnişinlərin 11-i artıq evə buraxılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında 4 nəfərin müalicəsi davam etdirilir. Onların sağlamlıq vəziyyəti stabil qiymətləndirilir.

Yerevanda sürücülər etiraz edir: "Mübarizəni davam etdirəcəyik" 

8 Yanvar 2018 11:18

Yerevanda sürücülər Ermənistana sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutan qanun layihəsinə etiraz edirlər. Məlumata görə, ötən gün sürücülər etiraz məqsədilə avtoyürüş təşkil ediblər. Aksiyada təqribən 200 sürücü sükanı sağda olan avtomobili ilə iştirak edib. Erebuni rayonunda avtomobil bazarından başlayan yürüş paytaxtın mərkəzində, Baqramyan prospektində sona çatıb.

Ağdərə faktoru Dağlıq Qarabağ tənzimlənməsində yeni vəziyyət yaradıb

8 Yanvar 2018 11:15

Ağdərə faktoru Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına səbəb ola bilər. Bəlkə də bu artıq belədir. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın işğaldan azad etdiyi torpaqların bir qismi Ağdərə rayonun inzibati ərazisinə daxildir.  

Rus bazasına hücumu Əsəd rejimi təşkil edib - Şok iddia

8 Yanvar 2018 11:07

Rusiyanın Suriyadakı Hmeymim aviabazasına Əsəd rejiminə bağlı olan qrup hücum edib. Bu iddia ilə türkiyəli yazar Taha Dağlı çıxış edib. “Əgər bazaya hücumu Əl Qaidə etmiş olsaydı, Rusiya bunu ilk gündən ictimaiyyətə açıqlayardı. Bundan əvvəl Hələbdəki rus xəstəxanasına hücum zamanı eyni vəziyyət yaşanmışdı.

Rəqsanənin qızı 20 yaşını oğlan dostlarıyla belə QEYD ETDİ – VİDEO

8 Yanvar 2018 11:06

Dostları Aysun İsmayılovanın doğum günündə ona sürpriz hazırlayıb. Dünən müğənni Rəqsanənin qızı Aysunun 20 yaşı tamam olub. Müğənniliyə başlayan Rəqsanin qızı Aysunu gecə yarı oğlan dostaları tort və böyük qızılgül dəstəsiylə təbrik edib. O, bu görüntüləri sosial şəbəkədə izləyiciləri ilə paylaşıb.

Trampın qorxduğu kitab artıq SATIŞDA

8 Yanvar 2018 11:03

ABŞ prezidenti Donald Trampdan bəhs edən qalmaqallı "Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən" adlı kitab artıq satışdadır. Yazıçı, jurnalist Maykl Volfun Trampın bir illik prezidentlik fəaliyyətindən bəhs edən "Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən" adlı kitabı bütün cəhdlərə baxmayaraq, nəşr edilib. Mətbəə bütün riskləri gözə alaraq həmin kitabı yüksək tirajla çap etdirib və Nyu-Yorkun bütün kitab mağazalarına paylayıb.

Dilimizdəki mübahisəli sözlər yeni variantda - SİYAHI

8 Yanvar 2018 09:51

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ndə bir sıra mübahisəli söz yeni variantda təqdim olunub. Sözlük Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də Azərbaycan dilinə daxil olmuş, işləklik qazanmış alınma sözlərin və terminlərin düzgün seçimi prinsipi üzrə, həmçinin mövcud orfoqrafiya qaydalarına uyğun şəkildə tərtib edilib.

Hər gün onlarla istifadəçi "Feysbuk" hesabını bağlayır - BU SƏBƏBDƏN

8 Yanvar 2018 09:48

Dünyanın ən çox istifadə edilən "Feysbuk" şəbəkəsi reytinqini itirir. 2 milyarddan çox aktiv istifadəçisi olan şəbəkədə istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi qorunmur. Belə ki, ismarıc bölməsində istənilən şəxsə müxtəlif zamanlarda göndərilən faylları (şəkillər, videolar, doc.fayllar ) sonradan silmək mümkün deyil.

İsrail'den Gazze'ye elektrik arzı

8 Yanvar 2018 09:32

İsrail hükümeti, Gazze'de kesintiye gittiği 50 megavatlık elektrik arzına yeniden başlama kararı aldı. İsrail Enerji Bakanlığından yapılan yazılı açıklamada, "Enerji Bakanı Yuval Steinitz, kesintiye gidilen miktarın (50 megavat) arzının yeniden başlatılması talimatını verdi." ifadesi kullanıldı. Açıklamada, kararın Filistin yönetiminin ödeme yapmayı kabul etmesinin ardından alındığı belirtildi.

80 yaşlı qocadan DƏHŞƏTLİ CİNAYƏT: 78 yaşlı arvadını ...

8 Yanvar 2018 09:28

Türkiyənin İstanbul şəhərində dəhşətli cinayət hadisəsi baş verib.  İstanbulun Bozyürük adlanan bölgəsində yaşayan 80 yaşlı F.Mehmet 2 yaş özündən kiçik həyat yoldaşı F.Zeynəblə mübahisə edib. Cütlük mübahisə zamanı əsəblərinə hakim ola bilməyib.