Ağdərə faktoru Dağlıq Qarabağ tənzimlənməsində yeni vəziyyət yaradıb

Ağdərə faktoru Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına səbəb ola bilər. Bəlkə də bu artıq belədir. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın işğaldan azad etdiyi torpaqların bir qismi Ağdərə rayonun inzibati ərazisinə daxildir.  

Ağdərə faktoru Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına səbəb ola bilər. Bəlkə də bu artıq belədir. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın işğaldan azad etdiyi torpaqların bir qismi Ağdərə rayonun inzibati ərazisinə daxildir.  Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Keçmiş Ağdərə rayonu ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil idi. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənov mühüm siyasi tutumlu açıqlama verdi: 1170 ailəlik şəhərciyin Ağdərə ərazisində tikildiyini bildirdi. Şəhərciyin tikildiyi Ağdərə rayonun ərazisi 1992-ci ildə azad olunub. 2016-cı ilin aprel qələbəsi Azərbaycanın özünü bu ərazilərdə təhlükəsiz hiss etməyə səbəb oldu və nəticədə indi orada qəsəbə salınır. Bu qəsəbənin salınması Azərbaycan dövlətinin, xüsusilə Prezident İ.Əliyevin erməni məsələsini həll etmək, Azərbaycan torpaqlarını işğaldan azad etmək istiqamətində siyasi iradəsinin daha da maddiləşdiyinin göstəricisidir. Bu, Ağdərə ərazisində daha yeni ərazilərdə tikintilərin tikiləcəyinin göstəricisidir. Amma əvvəlcə Ağdərə ərazisində işğalçılar tamamilə sıxışdırılacaqdır. Bəlkə də bütövlükdə Dağlıq Qarabağ işğaldan azad olunacaqdır.

Ağdərə faktoru həm də çox güclü hərbi parametrdir. Azərbaycanın işğal olunmuş ərazilərində erməni qoşunlarının ən çox cəmləşdiyi məkan qoşunların təmas xəttidir. Ağdərə-Kəlbəcər strateji istiqamətdir. Ona görə Azərbaycan ordusu ilk tərpənişində Kəlbəcərə çata bilər. Kəlbəcər hərbi strateji əhəmiyyətinə görə bəlkə də Laçından daha əhəmiyyətlidir. Həm Ermənistan, həm Dağlıq Qarabağ nəzarət altına düşür. Kəlbəcər Ermənistan və Dağlıq Qarabağın əsas su mənbəyidir. Dağlıq Qarabağ ermənilərindən olan David Babayan Kəlbəcər mövzusunda "hidrogeosiyasət" adlı yeni "elm" yaradıb.

Ağdərə faktoru dinc danışıqlarda da çox təsirli parametrdir. Ərazilərin qaytarılması dedikdə ehtimal ki, Azərbaycandan keçmiş DQMV-yə aid əraziləri qaytarmaq istənilir. Ağdərədən götürdüyümüz torpaq nə qədər çox olarsa, dinc danışıqlarda müzakirələr zamanı Kəlbəcər və Laçın bir o qədər Azərbaycana yaxın olacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31