Səhiyyə Nazirliyi: Zığda qəzada yaralananlardan 4 nəfəri hələ xəstəxanada

Bakıda Zığ şossesində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən sərnişinlərin 11-i artıq evə buraxılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında 4 nəfərin müalicəsi davam etdirilir. Onların sağlamlıq vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, yanvarın 6-da Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-XM-581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində ümumilikdə, 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 15-i 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31