"Keşlə"dən bosniyalı hücumçuya təklif
"Keşlə" heyətinə yeni legioner cəlb edə bilər. Paytaxt klubu bosniyalı hücumçu Süleyman Krpiçə təklif göndərib. Bunu futbolçunun agenti Samir Mexiç Bosniya və Hersoqovina mətbuatına açıqlamasında deyib. O, 27 yaşlı futbolçunun transferində tələsmədiklərini bildirib: "Krpiçə bir neçə təklif gəlib. "Şkendiya" (Makedoniya), "İrtış" (Qazaxıstan) və Bakı "İnter"ini ("Keşlə") qeyd edə bilərəm. Ancaq hələ fikirləşmək istəyirik".
8 Yanvar 2018 12:06 İdman"Keşlə" heyətinə yeni legioner cəlb edə bilər. Paytaxt klubu bosniyalı hücumçu Süleyman Krpiçə təklif göndərib. Bunu futbolçunun agenti Samir Mexiç Bosniya və Hersoqovina mətbuatına açıqlamasında deyib. O, 27 yaşlı futbolçunun transferində tələsmədiklərini bildirib: "Krpiçə bir neçə təklif gəlib. "Şkendiya" (Makedoniya), "İrtış" (Qazaxıstan) və Bakı "İnter"ini ("Keşlə") qeyd edə bilərəm. Ancaq hələ fikirləşmək istəyirik".
Qeyd edək ki, Bonsiya və Hersoqovinanın "Sloboda Tuzla" klubunda çıxış edən Krpiç bu mövsüm 13 oyuna 4 qol vurub. Qol.az