Paytaxtda daha bir yol əsaslı şəkildə təmir edilir
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Binəqədi rayonunda daha bir küçə əsaslı şəkildə təmir olunur. Agentlikdən “OLAYLAR”-a bildiriulib ki, söhbət Abay Kunanbayev küçəsindən gedir.
8 Yanvar 2018 11:59 Sosial"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Binəqədi rayonunda daha bir küçə əsaslı şəkildə təmir olunur. Agentlikdən "OLAYLAR"-a bildiriulib ki, söhbət Abay Kunanbayev küçəsindən gedir. Küçənin uzunluğu 1.8 km, eni isə ortalama 9 metr təşkil edir. Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun hərəkət hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkiləri qurulur, mövcudları isə bərpa olunaraq asfaltlanır. Yol boyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülür.