Gündəm
Türkiyədə zəlzələ
Böyük Britaniyada avtomobil kütləyə çırpılıb, xəsarət alanlar var
Böyük Britaniyanın Mançester şəhərində avtomobil kütləyə çırpılıb. Ticarət mərkəzinin qarşısında baş verən hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Müxtəlif dərəcəli xəsarət alan yaralılar xəstəxanalara çatdırılıb.
Güclü yağış 9 nəfərin ölümünə səbəb oldu
Tanzaniyanın paytaxtı Dar əs Salamda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 9 nəfər ölüb. Ölənlərin arasında qadın və uşaqların da olduğu bildirilir.
Xalq Şairinin xatirəsinə həsr edilən poeziya günləri keçiriləcək
Aprelin 20-dən etibarən Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri təşkil olunacaq. Qazax rayonundan start götürəcək poeziya günlərinin ideya müəllifi Qardaşxan Əzizxanlı bildirib ki, üçüncü dəfə təşkil olunacaq Məmməd Araz poeziya günlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi dəstək verir.
Tutuquşuların köməyi ilə üstü açılan 6 CİNAYƏT HADİSƏSİ - FOTO
Dünya mediasından oxuduğumuz xəbərlərdə cinayətin üstünü açan xüsusi təlim keçmiş itlər haqqında çox eşitmişik. Partlayıcı qurğuların tapılması, narkotik vasitələrin, isti izlərin, qan qoxusunun ardınca düşərək cinayətin üstünün açılmasına kömək edən itlərlə yanaşı tutuquşular da var. Bu dəfə sizə tutuquşuların köməyi ilə üstü açılan cinayətlər haqqında danışacağıq. Tutuquşuların üstünü açdığı 6 maraqlı cinayət hadisəsini təqdim edirik:
Çikaqo şəhərinin meri 28 may tarixini Azərabycanın Milli Günü elan etdi
ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqo şəhərinin meri cənab Rahm Emanuel Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verib. Olaylar.az bildirir ki, bəyanatda 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququnun verilməsini təmin etmişdir.
Vəzifə başında dünyasını dəyişən məmurlarımız - Siyahı
Milli Məclisin üzvü, Cəbrayıl rayonundan deputat Astan Şahverdiyev dünən – 15 aprel tarixində 71 yaşında vəfat edib. Bu fakt vəzifə başında dünyasını dəyişən məmurlarımızı gündəmə gətirib. Son illərdə vəzifə başında dünyasını dəyişən məmurlardan bəzilərini təqdim edirik:
Misir azərbaycanlı uşaqların gözü ilə - Sərgi
Suriya ordusunun aviabazasına zərbələr endirilir
Hazırda Suriyanın Homs əyalətində yerləşən “Şayrat” aviabazasına zərbələr endirilir. Bu barədə yerli SANA agentliyi xəbər verib. Məlumata görə, Suriya ordusunun havadan müdafiə sistemləri zərbələri dəf edir. Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Rəşad Məcid Trabzonda mühazirə dedi
Türkiyənin Trabzon şəhərində ənənəvi Beynəlxalq Ədəbiyyat Festivalı (UTEF) keçirilib. Festivalda Azərbaycanı təmsil edən "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə iki mövzuda mühazirə söyləyib. Olaylar.az bildirirki, R.Məcid Qəzetçilər Cəmiyyətinin konfrans zalında “Cəmiyyətin məlumatlandırılmasında medianın rolu” adlı tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə ilə çıxış edərək, Azərbaycan mətbuatının yaranması, ilk qəzetimiz “Əkinçi”, “Molla Nəsrəddin”, “Füyuzat” jurnalları, “Həyat” qəzeti, sovet dövründəki mətbuat orqanları və onların ədəbi dilimizn qorunmasındakı rolundan, müstəqillik dönəmi mətbuatından söz açıb.
Narkoloji Dispanserdə intihara cəhd
Bakıda Narkoloji Dispanserdə müalicə olunan şəxs intihara cəhd edib. Hadisə Xətai rayonunda yerləşən dispanserdə baş verib. 1968-ci il təvəllüdlü Mirzəliyev Bəbir Bəhmən oğlu dispanserdə fincanı sındıraraq, qolunu bir neçə yerdən kəsib. O, çoxlu qan itirib.
Vasif Talıbovdan yeni - TƏYİNAT
Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib. Olaylar.az bildirir ki, konsertdə iştirak edən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov öncə Azərbaycan Respublikasının Dövlət Başçısı İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi münasibətilə iştirakçıları təbrik edib. O, G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbin fəaliyyətindən söz açaraq keçirilən bütün tədbirlərdə fəal iştirakını qeyd edib. Sonra V.Zeynalov məktəbin şagirdlərini Fəxri Fərmanlarla təltif edərək kollektivə gələcək fəalliyətində uğurlar arzulayıb.
XİN-də kütləvi işdən qovulma - Nazir açıqladı
Türkiyədə hərbi çevrilişə cəhddən sonra FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) 461 əməkdaşı vəzifəsindən azad edilib. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
Konçita ilə bağlı QORXUNC XƏBƏR YAYILDI
Avsrtiyanı 2014-cü ildə “Avroviziya” mahnı yarışmasında təmsil edən Konçita Vurst HİV (Human Immunodeficiency Virus) virusu daşıyıcı olduğunu açıqlayıb. Müğənni keçmiş sevgilisinin onu şantaj etdiyini, buna görə bu açıqlamanı vermək məcburiyyətində olduğunu deyib.














