Güclü yağış 9 nəfərin ölümünə səbəb oldu
Tanzaniyanın paytaxtı Dar əs Salamda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 9 nəfər ölüb. Ölənlərin arasında qadın və uşaqların da olduğu bildirilir.
17 Aprel 2018 07:56 DünyaTanzaniyanın paytaxtı Dar əs Salamda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 9 nəfər ölüb.
Ölənlərin arasında qadın və uşaqların da olduğu bildirilir.
Təbii fəlakət qurbanlarının sayının artacağı istisna olunmur.
Məlumata görə, regionda bir çox yaşayış evləri yararsız hala düşüb, nəqliyyat vasitələri və infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31