Gündəm

Anar Nağılbaz efirə sərxoş gəldi - QALMAQAL - VİDEO

17 Aprel 2018 11:32

Anar Nağılbaz efirə sərxoş halda gəlməsi tənqid edilib. Reper Space TV-də yayımlanan "Qarşı-qarşıya" verilişinin qonağı olub. Anar Nağılbazın sərxoş halları verilişin digər qonaqlarının diqqətindən yayınmayıb. Reperin davranışlarından hiddətlənən tanınmış yazıçı Anar Vəziroğlu "Nə günə düşmüsən, niyə bu gündəsən?” deyə bildirib. Reper isə içki içməsi xəstəliyi izah edib.

Dağlıq Qarabağ problemi həll olunmayanadək ATƏT/DTİHB-in Azərbaycandakı seçkilərə obyektiv yanaşması mümkün deyil

17 Aprel 2018 11:31

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu növbəti dəfə Azərbaycanda fürsətbazlıqla məşğul oldu. ATƏT/DTİHB Azərbaycan hökuməti tərəfindən təkidli şəkildə 11 aprel prezident seçkilərinin müşahidəsinə dəvət edilmişdi və bu qurum 300 nəfərdən çox müşahidəçi missiyası ilə bu monitorinqi reallaşdırdı. 300 nəfərdən çox müşahidəçi məsələsi də ATƏT/DTİHB-lə Azərbaycanın arasında mübahisəli mövzulardan biri idi. Azərbaycan güzəştə getdi. Və 300 nəfərdən çox müşahidə missiyasının 11 aprel seçkilərində monitorinq aparmasına icazə verdi.

Cəbhədə növbəti monitorinq keçiriləcək

17 Aprel 2018 11:23

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 18-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Paytaxtın bu ərazisinə içməli su məhdudiyyətlə veriləcək

17 Aprel 2018 11:22

Aprelin 17-də gün ərzində 2-ci Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilib. Bildirilib ki,  buna səbəb Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən  +152 “Alatava”  su anbarında yenidənqurma işlərinin aparılmasıdır. 

Neftçalanın 19 kəndini əhatə edən yol yenidən qurulur

17 Aprel 2018 11:20

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələri digər rayonlar kimi Neftçaladan da yan keçməyib. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, 45 km uzunluğa malik respublika əhəmiyyətli Salyan-Neftçala yolundan sonra Neftçalanın 19 yaşayış məntəqəsini əhatə edən Xolqaraqaşlı marşrutu üzrə 47 km uzunluğunda avtomobil yolunun yenidən qurulmasına start verilib.

Ermənilər ərazilərimizə mərmi atdı

17 Aprel 2018 11:19

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (3 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.

Türkiyədə İŞİD-in "ölüm briqadası"nın üzvləri ələ keçdi

17 Aprel 2018 11:17

Türkiyənin Sakarya vilayətində xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının "ölüm briqadası"ının 4 üzvü saxlanılıb. Məlumata görə, saxlanılan şəxslərin ikisinin İraq, digər ikisinin isə Suriya vətəndaşı olduğu bildirilir. Onların arasında qadın da var. Təfərrüatlar haqqında məlumat verilmir.

Məleykə Abbaszadə: "Rəhbər vəzifələrə qəbul imtahanlarında az namizəd iştirak edir"

17 Aprel 2018 11:14

Bu il ölkədə keçirilən dövlət qulluğu imtahanlarında kifayət qədər namizəd, yəni 3000-dən çox insan iştirak edib. Məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şərq Tərəfdaşlığı ölkələrində dövlət sektorunda müasir liderlik və potensial quruculuğu layihəsinə (PADAS II) həsr olunan seminarda çıxışı zamanı deyib.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 55-ci kitabı çapdan çıxıb

17 Aprel 2018 11:13

"Enerji siyasətində atılan addımlar bizi daha da gücləndirir. Çünki bu sahədə aparılan işlər və irəli sürülən təşəbbüslər uzunmüddətli maliyyə mənbələrimizi təmin edəcək və biz bu imkanlardan çox səmərəli şəkildə istifadə edirik.

Sarkisyanı yolun ortasında BİR HƏRƏKƏTİYLƏ MƏHV ETDİ – Qiyamçılardan ŞOK ADDIM-CANLI YAYIM

17 Aprel 2018 11:11

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı paytaxt İrəvanda keçirilən aksiyalarla əlaqədar vəziyyət hər keçən dəqiqə gərginləşir.

Nəsimi rayonunda 2018-ci ilin I rübünün yekunları müzakirə olunub

17 Aprel 2018 11:06

Nəsimi rayounda 2018-ci ilin I rübünün yekunlarına həsr olunmuş geniş iclas keçirilib. “Olaylar” xəbər verir ki, iclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov respublikada əldə olunan uğurların hər bir bölgədə olduğu kimi Bakının Nəsimi rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapdığını deyib.

Arvad ərini elə səbəbdən məhkəməyə verdi ki... - Hakim ŞOKA DÜŞDÜ

17 Aprel 2018 11:04

Türkiyədə arvad ərini üzündəki səpkilərə güldüyü üçün məhkəməyə verib. Hadisə İstanbulda baş verib. Belə ki, evdar xanım olan C.Gülcan həyat yoldaşı C.Mustafanın ona "Üzündə niyə sızanaq var" deyərək zarafat etməsindən sıxıldığını deyərək məhkəməyə müraciət edib: "Hamilə vaxtımda belə deyib gülməsi mənə psixoloji təsir edir. Əlimdən gələni edirəm ki, onlar sağalsın. Mənimlə istehza etməsi xoşuma gəlmir. Artıq dayanacaq gücüm qalmayıb, boşanmaq istəyirəm".

6 min 846 miqrant ölkəsinə döndü

17 Aprel 2018 11:05

Türkiyə Əfqanıstan əsilli miqrantları ölkədən çıxartdı. Olaylar.az bildirir ki, 6 min 846 əfqanıstanlı İran üzərindən qeyri –qanuni yolla Türkiyəyə sıxınmışdı. Türkiyə Miqrasiya İdarəsinın açıqlamasında qeyd edirdi ki, əfqanıstanlılar əsasən ölkənin Ərzurum, Ağrı, İzmir bölgələrində məskuunlaşıblar.

Özəl klinikada ÖLÜM: Əməliyyat olunan həkim komaya düşdü

17 Aprel 2018 11:03

Bakıda həkim əməliyyatdan sonra vəfat edib. Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.

Xəzərdə balıqçı itkin düşüb

17 Aprel 2018 10:08

Xəzər dənizində balıqçı itkin düşüb.  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 16 aprel 2018-ci il tarixində balıq tutmaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.