Gündəm
Türkiyənin müttəfiqinə xain zərbə - Ailələrini qaçırdırlar
Afrində keçirilən “Zeytun budağı” əməliyyatı ilə məğlubiyyətə uğradılan PKK/YPG qüvvələri son çarə olaraq ASO üzvlərinin kəndlərinə hücum edib. PKK terrorçuları Deyr əz-Zor, Rakka, Hasekə, Menbiç və Tel-Abyad bölgələrində məskunlaşan ASO üzvlərinin ailələrini qaçıraraq, onları ailələrini buraxmaq qarşılığında Afrini tərk etməyə məcbur edirlər.
Azərbaycanda kiçik və orta sahibkarlığın vergi yükü azaldılacaq
"Vergi Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına təkmilləşdirmənin həyata keçirilməsi istiqamətində işlər aparılıb". Bunu vergilər naziri Mikayıl Cabbarov bildirib.
Niderlandda xüsusi "intihar qutuları" hazırlanıb
Niderlandın paytaxtı Amsterdamda keçirilən dəfn sənayesi sərgisində “intihar üçün kapsul” təqdim olunub. Məlumata görə, həmin kapsul kosmik raketlərin kapsuluna bənzəyir. Bu qurğu uzun illər evtanaziyanın leqallaşdırılması üçün çıxış edən avstraliyalı Filip Niçke və niderlandlı dizayner Aleksandr Bannink tərəfindən yaradılıb.
Ronaldonun boynunun arxasındakı bu 2 xətt nəyi bildirir? Səbəbi biləndə bütün dünya göz yaşlarına boğuldu
Portuqaliyalılar İslandiyaya qarşı 1:1 oynadılar. Ronaldo, təəssüf ki, bu oyunda dünyada ən yaxşı futbolçulardan biri olduğu faktını təsdiq etməyi bacarmadı . Bu onu 20 ilin ən yaxşı futbolçusu elan etdikdən bir neşə gün sonra baş verdi.
Saatlar qaldı, hər şey bu gün HƏLL OLUNACAQ: Rusiya ordunu İrəvana yeridir və...
Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir postuna namizəd olmasına etiraz edən “Elk” fraksiyasının rəhbəri Nikol Paşinyanın liderliyi altında müxalifətin aksiyası səngimək bilmir.
Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq
Azərbaycanda gələcəkdə ali məktəblərə qəbul zamanı buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması nəzərdə tutulur. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Beynəlxalq təcrübəyə dair seminar keçirilir
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Əmək müfəttişliyinin səmərəliliyinin artırılması üçün strategiyanın hazırlanması və müasir texnologiyaların tətbiqi sahəsində beynəlxalq təcrübə” mövzusunda seminar keçirilir.
Oğlan ayaq ağrıları üçün aldığı dərmanları içdi, "gey" oldu - Xəbərdarlıq
"Mən heç vaxt özümdə anormallıq hiss etməmişdim. Bu vaxta qədər qadınlar diqqətimi çəkirdi. Lakin ayaq ağrılarımın azalması üçün həkimin tövsiyə etdiyi dərmanı uzun müddət istifadə etdikdən sonra özümü qadın kimi hiss edirəm və kişilərə qarşı ehtirasım yaranır".
Seysmotomoqrafiya işləri üçün daha 14 stansiya quraşdırılacaq- Azərbaycanda
Azərbaycan və ABŞ seysmoloqlarının “Qafqaz kəsilişi” adlı birgə layihəsi çərçivəsində işlər davam etdirilir. Əsas məqsəd Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin həyata keçirilməsidir.
Gənc xanımlar üçün təlim təşkil olunub
Şəmkir, Tovuz və Tatlı stansıyalarının baş yolları əsaslı təmir olunur
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, aprelin 17-də Şəmkir, Tovuz və Tatlı stansıyalarının baş yollarının əsaslı təmirinə başlanılıb. Ümumilikdə 3,3 dəmir yolu təmir olunacaq. Təmir işləri 4 gün davam edəcək.
PSJ və "Arsenal"dan türk klubuna böyük təklif
“Beşiktaş” klubu Fransanın PSJ və İngiltərənin “Aresnal” klubu ilə birgə təlim-məşq toplanışına qatılacaq. Klubun bu mövsüm Çemopionlar Liqasında sərgilədiyi performans Avropa nəhənglərinin diqqətini çəkib və onlar növbəti mövsümün əvvəlində Sinqapurda təşkil ediləcək turnirə “Beşiktaş”la birgə qatılmaq istədiklərini bildirib.
Manatın yeni devalvasiyası gözlənilir? – Palata açıqladı
Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur. Bunu bu gün Bakıda "Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası"nın təsis edilməsinə həsr edilməsinə konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru İbrahim Alışov deyib.
Çempionlar Liqasının gedəcək komandaların ADLARI AÇIQLANDI
UEFA böyük liqaların hazırkı vəziyyətinə görə 2018-19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların adlarını açıqlayıb.
NASA “yadplanetli ovçusu”nu KOSMOSA GÖNDƏRİR
NASA-nın planet kəşfi üçün hazırlanan peyki “Transitive Exoplanet Survey Satellite” (TESS) bu gün SpaceX ilə kosmosa göndəriləcək. Bu peykin dünyadan kənardakı kəşflərdə effektli olacağı gözlənilir. Buna görə elm aləmində yeni peyk “planet ovçusu” və ya “yadplanetli ovçusu” kimi adlandırılır.














