Gündəm

Cümhuriyyətin loqotipi hazırlandı

17 Aprel 2018 13:11

Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb.Loqotipin müəllifi Zaur Həmzəyevdir.

Mübariz Qurbanlının vətəndaşları qəbulu vaxtı dəyişdirilib

17 Aprel 2018 13:12

“OLAYLAR” xəbər verir ki, bu barədə məlumat Dini Qurumlarla İş üzrə Dövlət Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, aprelin 24-də İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Xalq küçələrdə, Sərkisyan isə seçkiyə başladı

17 Aprel 2018 13:06

Ermənistan parlamentində baş nazirin seçimi ilə bağlı müzakirə başlayıb. Hələlik ictimaiyyətə bəlli ola yeganə namizəd Serj Sərkisyandır.

Bakıda bu operator çökdü: internet yoxdur

17 Aprel 2018 13:03

Bakıda "Ultel" provayderinin internet sistemində problem yaranıb. Artıq bir saata yaxındır bu provayderin abonentləri internetdən istifadə edə bilmir. Problemin qaynağı haqda məlumat yoxdur. 

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklif edilib

17 Aprel 2018 12:59

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklif olunub. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 2019-cu il noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib.

5 saatdan az yatanların nəzərinə

17 Aprel 2018 12:55

Yuxu sağlam bir həyat üçün böyük əhəmiyyətə malikdir. Nizamsız yuxu bir sıra ciddi problemlərə yol açır. Bu problemlərə nəzər yetirək: Gecə yuxusu zamanı orqanizm sitokin adlı xüsusi kimyəvi maddə ifraz edir. Bu maddə çox saylı virus və infeksiyaların immun sisteminə mənfi təsirinin qaşısını alır.

25 illik dostu ilə yatağa girməyi də KÖMƏK ETMƏDİ - VİDEO

17 Aprel 2018 12:54

"Eğreti Gelin Ladik" filminin qalasında Yeşim Salkımın "25 illik dostumla sevişdim" açıqlaması da kinoya marağı artırmayıb. Film ilk üç gündə, sadəcə, 796 şəxs tərəfindən izlənərək gözlənilən effekti verməyib.  Yeşim Salkımın gözlənilməz açıqlaması sonrası 13 apreldə vizyona girən "Eğreti Gelin Ladik" filminə maraq çox az olub. Filmin ilk üç günlük qazancı 10 min 745 TL olub.

Britaniya kinematoqrafiyasının uğurlu filmləri Bakıda

17 Aprel 2018 12:54

Mayın 1-dən 6-dək Nizami Kino Mərkəzində IV Britaniya film bahar festivalında Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı ekran əsərləri nümayiş ediləcək. Festival “British Council Azerbaijan”ın ölkəmizdə fəaliyyətinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.

ABŞ və Böyük Britaniyadan SOS: “Rusiya bütün dünyaya...”

17 Aprel 2018 12:45

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) və Böyük Britaniyanın Milli Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik üzrə Milli Mərkəzi (NCSC) birgə bəyanat dərc edib.

Boş qalmış deputat yerlərinə seçki keçiriləcəkmi?

17 Aprel 2018 12:43

Xəbər verildiyi kimi, deputat Astan Şahverdiyev aprelin 15-də qəfil dünyasını dəyişib. Deputatın yerinə seçkinin olub-olmayacağı ilə bağlı Milli Məclisin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirdi ki, bu barədə, hələ ki, konkret söz deyə bilməyəcək. Yada salaq ki, Astan Şahverdiyev 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmişdi.

Bakıda əhalini qorxuya salan uğultu səsi...- Nə baş verir?

17 Aprel 2018 12:35

Bakıda ard-arda partlayış səsi eşidilib.  İzləyicilər bununla bağlı sosial şəbəkələrdə yazıb. Onlar bir-birinin ardınca gurultulu səs eşitdiklərini qeyd ediblər. Məsələni dəqiqləşdirmək üçün Səbail Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.

Rusiya Qərbə cavab zərbəsi hazırlayır – Hücum əməliyyatı

17 Aprel 2018 12:26

Rusiya Qərbin Suriyaya zərbə endirməsindən sonra cavab həmləsi olaraq kiber hücuma hazırlaşır. ABŞ və Britaniyada bir sıra rəsmi şəxslər Rusiyanın kiber hücuma hazırlaşdığını, dövlət qurumları, hətta fərdi evlərə qədər bir çox kritik nöqtəyə hücum təşkil olunacağını açıqlayıb.

İrəvan polisindən jurnalistlərə: Siz çəkilin, hücum olacaq

17 Aprel 2018 12:23

Ermənistan polisi jurnalistləri İrəvanda keçirilən mitinqlərdən kənarda qalmağa, daha təhlükəsiz yerdə özlərinə mövqe seçməyə səsləyib.