Gündəm
Azərbaycanlı aktrisa transparan geyimi ilə göz qamaşdırdı - FOTO
“Sarkisyan zorla baş nazir olmaq istəyir” – Deputat
“Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı mitinqlərin keçirilməsi və qan tökülməsinin böyük mənası var. Bu mitinqlər göstərir ki, S.Sarkisyan prezident olaraq, indiyədək Ermənistanı zorla idarə edib və indi də zorla baş nazir olmaq istəyir”.
Nikol Paşinyan polisin bildiriş kağızını cırıb atdı – VİDEO
Ermənistanda “Mənim addımım” hərəkatının təşkil etdiyi mitinqlər davam etməkdədir. İrəvanda toplaşan etirazçılar yenidən mərkəzi prospektləri bağlamağa başlayıb. İrəvanın Baş Polis İdarəsinin rəis müavini Valeri Osipyan hərəkatın lideri Nikol Paşinyana etirazların dayandırılması barədə bildiriş təqdim edib. O isə bildirişi cıraraq havaya atıb.
Astan Şahverdiyev kriminal-avtoritetin sifarişi ilə öldürülüb? – ŞOK İDDİA
İki gün öncə, Milli Məclisin üzvü, deputat Astan Şahverdiyev dünyasını dəyişib. Deputatın ölüm səbəbi ilə bağlı sosial mediada və mətbuatda müxtəlif fikirlər səslənsə də, rəsmi məlumatda mərhumun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Məlumatda deyilir ki, A.Şahverdiyev Qusarın Çiləgir kəndində yerləşən "Chateau" otelində ürək tutmasından ölüb. Oteldən bildirilib ki, Astan Şahverdiyev dünən axşam saatlarında otel nömrəsində qəfil ürək tutmasından vəfat edib. Təcili tibbi yardım əməkdaşları hadisə yerinə gələnə qədər deputat keçinib.
Ermənilərdən təxribat: Ordumuz dərhal məhv etdi - Foto
Siyasi meydandan tam silinməyə məhkum olanlar...
Prezident seçkilərinin nəticəsi Azərbaycanın siyasi həyatındakı vəziyyəti bütün çılpaqlığı ilə göstərdi. Xalq növbəti dəfə radikal müxalifəti boykot etdi və öz liderinə etimad göstərdi. Lakin ölkəmizdəki “5-ci kolon” bundan narazı qaldı. Ona görə də öz uğursuzluqlarının acığını xalqı, ölkəni, hakimiyyəti söyərək çıxmağa başladılar.
“Ermənistanda seçkilərin keçirilməsi çox çətin olacaq”
“Bu gün Ermənistanda baş nazir seçiləcəyi nəzərdə tutulur, amma seçki prosesi baş tutacaq, ya yox bu bəlli deyil. Çünki parlamentə gedən bütün yolların hamısı etirazçılar tərəfindən mühasirəyə alınıb”.
Sadıq bəy Ağazadənin Əli bəy Hüseynzadəyə məktubu
Azərbaycan Demokratik Respublikasının Daxili İşlər Nazirinin Müavini, Şərqşünas alim, general-mayor, Sadıq bəy Ağazadənin, Azərbaycan siyasi fikir tarixinin atalarından Əli bəy Hüseynzadəyə məktubu: "Əziz və sevimli qardaşım Əli bəy, 1939-cu il Türkiyəyə böyük bir faciə yaşatdı.
“Mercedes”in vurduğu 3 piyadadan biri ölüb
Paytaxt Bakıda üç nəfəri maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Orxan İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakinləri – Murad Zeynalovu, Kamil Ağayevi və Nicat Vahabovu vurub.
KİV-lə bağlı qaydalarda dəyişiklik edilir
Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir. “Olaylar”ın məlumatına görə, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.
Azay Quliyev ATƏT PA-nın iclasında separatçılara etiraz edib
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun ötən gün Kopenhagendə keçirilən Büro iclasında Dağlıq Qarabağ separatçılarının təmsilçilərinin ABŞ və Fransaya qanunsuz səfərinə kəskin etirazını bildirib. “Olaylar” xəbər verir ki, A.Quliyev deyib ki, təsdiqlənmiş məlumatlara görə, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin təmsilçisiləri bu yaxınlarda ABŞ və Fransaya qanunsuz səfər ediblər.
Daşkənddə “Xocalı soyqırımında ölən insanlıq” kitab özbək və rus dillərində çap edilib
Daşkənddəki “İstiqlol nuri” nəşriyyatı Abduvali Saybnazarovun “Xocalı soyqırımında ölən insanlıq” adlı kitabını özbək və rus dillərində çap edib.
Telefonunuza gələn bu nömrələrə zəng etməyin! Pulunuz oğurlanacaq
Tanımadığınız xarici nömrələrdən gələn mesaj və "email"lərin sırasına zənglər əlavə olunub. Son günlər telefonuna tanımadığı xarici nömrədən zənglərin gəldiyini dəyən şəxslərin sayı artıb. Bu səbəblə, məsələni araşdırmaq qərarına gəldik.
Oxu Günü” keçiriləcək
Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, “Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur.
Bakıda kursantlar arasında beynəlxalq idman yarışı keçirilir
Aprelin 17-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında beynəlxalq idman yarışlarına start verilib.














