Nikol Paşinyan polisin bildiriş kağızını cırıb atdı – VİDEO 

Ermənistanda “Mənim addımım” hərəkatının təşkil etdiyi mitinqlər davam etməkdədir.  İrəvanda toplaşan etirazçılar yenidən mərkəzi prospektləri bağlamağa başlayıb. İrəvanın Baş Polis İdarəsinin rəis müavini Valeri Osipyan hərəkatın lideri Nikol Paşinyana etirazların dayandırılması barədə bildiriş təqdim edib. O isə bildirişi cıraraq havaya atıb. 

Ermənistanda "Mənim addımım" hərəkatının təşkil etdiyi mitinqlər davam etməkdədir.  İrəvanda toplaşan etirazçılar yenidən mərkəzi prospektləri bağlamağa başlayıb. İrəvanın Baş Polis İdarəsinin rəis müavini Valeri Osipyan hərəkatın lideri Nikol Paşinyana etirazların dayandırılması barədə bildiriş təqdim edib. O isə bildirişi cıraraq havaya atıb. 

Qeyd edək ki, nümayişçilərin etirazı Serj Sarkisyanın baş nazir postuna namizədliyini irəli sürməsidir. Mitinq iştirakçıları parlament idarəçiliyi sistemində Serj Sarkisyanın baş nazir olmasını istəmir. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31