Suriya ordusunun aviabazasına zərbələr endirilir
Hazırda Suriyanın Homs əyalətində yerləşən “Şayrat” aviabazasına zərbələr endirilir. Bu barədə yerli SANA agentliyi xəbər verib. Məlumata görə, Suriya ordusunun havadan müdafiə sistemləri zərbələri dəf edir. Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil.
17 Aprel 2018 07:36 DünyaHazırda Suriyanın Homs əyalətində yerləşən "Şayrat" aviabazasına zərbələr endirilir. Bu barədə yerli SANA agentliyi xəbər verib.
Məlumata görə, Suriya ordusunun havadan müdafiə sistemləri zərbələri dəf edir. Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Qeyd edək ki, ötən ilin aprelində ABŞ-ın Aralıq dənizindəki gəmilərindən "Şayrat" aviabazası istiqamətində 59 "Tomahawk" raketləri buraxılıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31