Gündəm

Şəbnəm Tovuzlunun hamıdan gizli saxladığı biznesmen həyat yoldaşı – Hacı ləqəbli milyonçu 

19 Aprel 2018 13:17

Uzun müddətdir ki, ölkənin maqazin aləminin gündəmindən düşməyən Şəbnəm Tovuzlu (Əsədova) barəsində ilginc məlumatlar yayılıb. İddialara görə, ölkə mediasında Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atası kimi ad çıxaran Hacı ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan “Məmmədoğullar” MMC-nin sahibi Ramazan Mirzəyevdir.

Kartof qızardarkən bunları mütləq bilməlisiniz

19 Aprel 2018 13:13

Kartof qızartması – ən asan və çox dadlı yeməkdir. Hələ elə birinə rast gəlməmişik ki, qızartma kartofu sevməsin. Pəhrizdə olanlar, ziyanını bilənlər belə bu yeməyin ətrinə dayana bilmirlər… Gəlin bu dəfə özümüz üçün bayram edək: dadlı və ləzzətli kartof qızartması bişirək, həm də bunu daha düzgün şəkildə edək!

Ekspert: ""Çudo Peçka" işində 13 milyon manat çatışmazlıq var"

19 Aprel 2018 13:09

"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi məhkəmə prosesi davam edib. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə  şahid qismində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti qismində Elvin Səfərov dindirilib.

Azərbaycan- Əhməd Fərhadlının "Buta və ya tanrıların anası" kitabından

19 Aprel 2018 13:07

"Odlar yurdu" kimi tanınan Vətənimizin adı-Azərbaycan toponimi barədə yadların mətbəxində qurd yağı ilə qovurulmuş və bizim tədqiqatçıların  iştahla əxz edərək elmi süfrəyə servis etdikləri çeşidli cızma-qaralar bizə bilməyimiz son dərəcə gərəkli olan həqiqəti nəinki dadızdırmış, əksinə,ona ikrah hissi yaratmışdır.Bu azmış kimi düşüncələrimizi debillik yaradan yad ana südü ilə mayalandırmaqla birbaşa genetik varisi olduğumuz,düşmən qonşuları tərəfindən talan edilib tarixdən silinmiş,yurdunu tərk etmək məcburiyyətində qalaraq bütün Avroasiya məkanına səpələnmiş,sahibsiz mədəniyyəti samit,semit və sanskritlərin pay-püş edib özəlləşdirdiyi qədim Hananey sivilizasiyasını ignar etməyə öyrətmişlər.

Röyadan Tolikin söyüşlərinə kəskin cavab: “Nəslinizin yeddi qatından...”

19 Aprel 2018 12:58

Xəzər TV-də veriliş aparan prodüser Tarix Əliyev (Tolik) Röyanın ünvanına söyüşlər deyib. Kadr arxasında baş verən bu hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Tolikin uşaqların da olduğu çəkiliş meydançasında təhqiramiz ifadələr səsləndirməsi kəskin tənqidlə qarşılanıb.

Bədii yaradıcılıq festivalına baxış

19 Aprel 2018 12:52

Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.

Nüvə şəhərində zəlzələ - 5,9 bal gücündə

19 Aprel 2018 12:51

İranın nüvə stansiyası yerləşən şəhəri – Buçhor əyalətinin Kaki  şəhərində təkan qeydə alınıb. Olaylar.az bildirir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin açıqlamasına əsasən zəlzələ 5,9 bal gücündədi.

“Seçkilərin əvvələ çəkilməsi Türkiyə ilə bağlı kirli planları alt-üst etdi”

19 Aprel 2018 12:51

“İyunun 24-ü Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi üçün uyğun zamandır”.   Bu barədə Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ bildirib. O qeyd edib ki, 26 avqust yayın ortalarıdır və Qurban bayramı ərəfəsidir: “Seçkilərin əvvələ çəkilməsi Türkiyə ilə bağlı kirli planlar hazırlayanların işlərini alt-üst etdi: “Türkiyədə ssenarini artıq başqaları deyil, millət yazacaq. Bu millətin yazdığı ssenariyə hər kəs tabe olacaq”.

İlham Əliyev iş otağını göstərdi

19 Aprel 2018 12:48

Ötən gün, aprelin 18-də, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib. Məlumata görə, inauqurasiya mərasimindən sonra prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar. Azərbaycan Respublikası prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb. Bundan sonra Azərbaycan prezidenti ailə üzvləri ilə birlikdə İlham Əliyevin iş otağında olublar.

“Hər an hüquqi bazamızdan istifadə edib öz torpaqlarımızı azad edə bilərik”

19 Aprel 2018 12:42

“Bir çox beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzü tanıyır və onların tanıması tək şifahi səviyyədə yox, sənədlərin qəbul olunması ilə müşahidə olunur”. Bu fikri açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Qızdırmanı salmaq üçün hamının məsləhət bildiyi bu üsulu ƏSLA ETMƏYİN! - XƏBƏRDARLIQ

19 Aprel 2018 12:40

Yüksək temperaturu aşağı salmaq üçün uşaqları sirkə, aspirinli, buzlu və ya soyuq su ilə yuyundurmaq və ya dəriyə sürtmək çox zərərlidir. Bununla bağlı Türkiyənin Qaradəniz Texniki Universitetinin Tibb fakültəsinin Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Yaqub Aslan açıqlama verib.

“Ermənistan xəritədən silinə bilər”

19 Aprel 2018 12:30

“Hesab edirəm ki, təkcə Ermənistanda olan ermənilər yox, bütün dünya erməniləri ayağa qalxmalı, Ermənistan xalqını, dövlətini bu rüsvayçılıqdan qurtarmaq üçün Sarkisyan və onun kimiləri, onun komandasını hakimiyyətdən uzaqlaşdırmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Azərbaycanda toyda gəlindən maraqlı hərəkət- VİDEO

19 Aprel 2018 12:29

Azərbaycanda baş tutan toy məclislərindən birində maraqlı hadisə yaşanıb. Məlumata görə, gülatma zamanı gəlin gözlənilməz hərəkət edib. Toyun sonunda məclisdəki gənclər gül dəstəsini tutmaq üçün gəlinin arxasına yığışıblar. Bu zaman isə Aytac adlı xanım öz gül dəstəsi əvəzinə yüzdən çox qızılgülün olduğu buketi qucağına alıb və insanlara tərəf atıb.

Bu tanınmış meyxanaçılar faciəvi şəkildə ölüb - SİYAHI

19 Aprel 2018 12:27

Faciəvi şəkildə dünyalarını dəyişən məşhur meyxanaçıların sayı günü-gündən artmaqdadır.