“Hər an hüquqi bazamızdan istifadə edib öz torpaqlarımızı azad edə bilərik”
“Bir çox beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzü tanıyır və onların tanıması tək şifahi səviyyədə yox, sənədlərin qəbul olunması ilə müşahidə olunur”. Bu fikri açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
19 Aprel 2018 12:42 Siyasət"Bir çox beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzü tanıyır və onların tanıması tək şifahi səviyyədə yox, sənədlərin qəbul olunması ilə müşahidə olunur". Bu fikri açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul edib: "Bu, özü özlüyündə diplomatiyamızın uğurudur. Yəni biz buna nail ola bildik. Ərazi bütövlüyümüz heç bir beynəlxalq təşkilat tərəfindən şübhə altına salınmır. Bu o deməkdir ki, bizim kifayət qədər hüquqi bazamız mövcuddur və biz hər an bu hüquqi əsaslardan istifadə edib öz torpaqlarımızı azad edə bilərik. Çünki bizim buna həm imkanımız var, həm müəyyən şəraitlər yaradılıb, həm də hüquqi sənədlər qəbul olunub. Bu son illər ərzində nail olduğumuz bir diplomatik uğurdur".
Politoloq hesab edir ki, diplomatik addımlarımızı, fəaliyyətimizi daha fəal şəkildə davam etdirməliyik: "Əlbəttə, düşünmürəm ki, biz bu nöqtədə dayanmalıyıq. Beynəlxalq təşkilatların ərazi bütövlüyünü tanıma məsələsində yeni praktiki addımlar atılmalıdır. Bu, Azərbaycanın maraqlarına cavab verən bir siyasətdir". Azadinform.az