“Seçkilərin əvvələ çəkilməsi Türkiyə ilə bağlı kirli planları alt-üst etdi”
“İyunun 24-ü Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi üçün uyğun zamandır”. Bu barədə Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ bildirib. O qeyd edib ki, 26 avqust yayın ortalarıdır və Qurban bayramı ərəfəsidir: “Seçkilərin əvvələ çəkilməsi Türkiyə ilə bağlı kirli planlar hazırlayanların işlərini alt-üst etdi: “Türkiyədə ssenarini artıq başqaları deyil, millət yazacaq. Bu millətin yazdığı ssenariyə hər kəs tabe olacaq”.
19 Aprel 2018 12:51 Dünya"İyunun 24-ü Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi üçün uyğun zamandır". Bu barədə Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ bildirib. O qeyd edib ki, 26 avqust yayın ortalarıdır və Qurban bayramı ərəfəsidir: "Seçkilərin əvvələ çəkilməsi Türkiyə ilə bağlı kirli planlar hazırlayanların işlərini alt-üst etdi: "Türkiyədə ssenarini artıq başqaları deyil, millət yazacaq. Bu millətin yazdığı ssenariyə hər kəs tabe olacaq".
B. Bozdağ vurğulayıb ki, biz yeni sistemlə yolumuza davam etməliyik: "Türkiyə tez zamanda qərar qəbul etməlidir və qəbul edilən qərarların icrasına başlamalıdır. Biz Türkiyənin zərər görməməsi üçün növbədənkənar seçkilərin keçirilməsinə qərar verdik. Yəni, seçkiləri daha sonraya saxlamaq Türkiyəni bu mövzu ilə daha çox məşğul etmək deməkdir. Artıq biz seçkilərlə bağlı müzakirələri sonlandırmaq istəyirik". Azadinform.az