Gündəm
Azərbaycan rəssamları Beynəlxalq simpoziumda
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Rəssamlıq” fakültəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının müdiri, əməkdar incəsənət xadimi, professor , Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Arif Əziz və “Təsviri sənət” kafedrasının müəllimi, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Səmədağa Cəfərov Bolqarıstanda keçirilən Beynəlxalq simpozium-festivalda Azərbaycanı təmsil ediblər.
"Damla, Şəbnəm, Üzeyirə qulaq asa bilmərəm"
“Mən nə Damlaya, nə Şəbnəm Əsədovaya, nə də Üzeyir Mehdizadəyə qulaq asıram”. Bu sözləri müğənni Nadir Qafarzadə “Hər şey daxil” verilişində deyib. Sənətçi bildirib ki, bu ifaçılar onun zövqünə uyğun mahnılar oxumurlar:
"...Azərbaycanla oyunda qələbə qazanacağıq"
Rektor tələbələrlə görüşdü
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yazıçı-publisist, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə görüş keçirilib. Universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri rektor professor Fərəh Əliyeva açaraq, qonağı salamlayıb, Kamal Abdullanın zəngin elmi və ədəbi yaradıcılığını, onun yazıçı, publisist, dilçi alim, ədəbiyyatşünas, tərcüməçi kimi fəaliyyətini qeyd edərək, bu görüşün bütün kollektiv üçün faydalı olacağını bildirib.
Azərbaycanlı aparıcı toyunda xanımı ilə mahnı oxudu - Video
Xəbər verdiyimiz kimi, bu gün aparıcı-müğənni Seyran Babayevin toyudur. Şəhər restoranlarının birində keçirilən məclisə məşhurlar da dəvət olunub. Günel adlı xanımla ailə quran Seyranın toyundan görüntülər artıq sosial şəbəkədə paylaşılıb.
Tanınmış memar iki kitabını təqdim edəcək
Memar Aysel Hüseynovanın “Həyatımızda dizayn” və “Naxçivan memarlıq irsimiz” adlı kitablarının təqdimat və imza mərasimi keçiriləcək. Müəllifdən aldığımız məlumata görə, tədbir 28 aprel tarixində, saat 15.00-da kitabevim.az mağazalar şəbəkəsinin 28 mayda yerləşən dükanında baş tutacaq.
Rumıniyada zəlzələ
Rumıniyada 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yerli vaxtla saat 20:15-də qeydə alınan yeraltı təkanların episentri paytaxt Buxarestdən 134 km şimalda, ocağı 150 km dərinlikdə yerləşib.
Süni intellekt laboratoriyası yaradılır
Avropanın süni intellekt sahəsində çalışan mütəxəssisləri ümumavropa laboratoriyasının yaradılması haqqında təklif irəli sürüblər. Alimlərin fikrincə, bu, Avropanın texnoloji baxımdan Çin və ABŞ-dan geriliyini aradan qaldırmağa kömək edəcək. Hazırda süni intellektin inkişafı elmi-tədqiqat fəaliyyətində prioritet istiqamətlərdən biri hesab olunur. Bununla yanaşı, bu sahədə texnologiyalar yaradan iri laboratoriya və mərkəzləri ABŞ ərazisində yerləşir. Həmçinin ekspertlər bildirir ki, bu sahə üzrə Avropa ABŞ və Çindən xeyli geridə qalır. Bununla əlaqədar Avropanın aparıcı universitetləri “beyin axını” problemi ilə üzləşir.
Almaniya həbsxanalarında boş yer qalmayıb
Almaniya həbsxanalarında boş yer qalmayıb. “Funke Mediengruppe” media holdinqinin 16 federal vilayətin ədliyyə nazirliklərinin iştirakı ilə keçirdiyi sorğuya görə, ayrı-ayrı hallarda (Baden-Vürtenberq vilayətində olduğu kimi) həbsxanalardakı sıxlıq 100 faizə çatır.
Fəsil dəyişikliyi zamanı yaranan hallar
Yazın gəlişi və havaların isinməsi təbiəti canlandırdığı kimi, bir sıra xəstəliklərin də fəallaşmasına səbəb olur. Gecələrin qısalması, günlərin uzanması, saatların dəyişməsi və digər faktorlar orqanizmin hormon tarazlığını dəyişərək yuxu nizamına təsir edir. Baş verən dəyişikliklər isə orqanizmin kifayət qədər dincələ bilməməsi, davamlı yorğunluq və unutqanlıq kimi nəticələr verir.
Çində nəhəng ağcaqanad tapıldı
Çində nəhəng ağcaqanad növü tapılıb. Məlumata görə, ağcaqanadın uzunluğu 11,15 santimetrdir. Digər ağcaqanadlardan fərqli olaraq, bu ağcaqanad qanla deyil, nektarla qidalanır.
Azərbaycanın dostları assosiasiyasının mətbuat açıqlaması
Avropada süni intellektin inkişafı üçün vahid elmi laboratoriya istifadəyə veriləcək
Avropanın süni intellekt sahəsində tədqiqatlarla məşğul olan aparıcı mütəxəssisləri vahid ümumavropa laboratoriyasının yaradılması təklifi ilə çıxış ediblər. Alimlərin fikrincə, bu, Avropanın texnoloji baxımdan Çin və ABŞ-dan geriliyini aradan qaldırmağa kömək edəcək.
Karen Karapetyan: ”Hakimiyyət davası uzansa, Ermənistan ağır fəsadlarla üzləşəcək”
Baş nazir vəzifəsini icra edən Karen Karapetyan erkən seçkilərin mövcud siyasi vəziyyətdən qurtulmağın ən yaxşı yol olduğunu bildirib. « Baş nazir küçədə yox, yalnız parlamentdə seçilə bilər»-deyə Karen Karapetyan jurnalistlərə açıqlamasında bildirib: «Əgər siyasi partiyalar razılaşarsa, bu zaman ölkədə erkən seçkilərin keçirilməsi mümkündür. Biz siyasi gündəmi məhdudlaşdırmırıq. Belə davam edə bilməz, təbii ki, bizim iqtisadi problemlərimiz olacaq, hətta ölkədəki investorların gedəcəklərini də istisna etmirəm. Mən sizin hamınızı ayıq başla düşünməyə çağırıram. Bununla belə, hər kəsin fikir və narazılığını çox yüksək qiymətləndirirəm. Biz bütün narazılıqlara reaksiya göstərdik, indi isə oturub problemləri müzakirə etməyə hazırıq».








.jpg)





