Rektor tələbələrlə görüşdü

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yazıçı-publisist, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə görüş keçirilib. Universitetin professor, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri rektor professor Fərəh Əliyeva açaraq, qonağı salamlayıb, Kamal Abdullanın zəngin elmi və ədəbi yaradıcılığını, onun yazıçı, publisist, dilçi alim, ədəbiyyatşünas, tərcüməçi kimi fəaliyyətini qeyd edərək, bu görüşün bütün kollektiv üçün faydalı olacağını bildirib.

Kamal Abdulla da öz növbəsində hər bir kəsi salamlayaraq, görüşdə elmi və ədəbi fəaliyyətinin əsas istiqamətləri , müxtəlif janrda yazdığı bədii əsərlər, əsasən də "Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud" əsəri haqqında geniş söz açıb. Kitabın 3 hissədən ibarət olduğunu, "Mifdən yazıya və yaxud sirr içində Dastan" adlanan birinci bölmədə mif və yazı, mifin məntiqi və gücü, hüquqi və etik yasaqları, yazının gücü və "Kitabi-Dədə Qorqud" dastanının gizlin filoloji məqamlarından bəhs olunduğunu qeyd edib.

Çox səmimi abı-havada keçən görüşdə Kamal Abdullanın ona ünvanlanan suallara dürüst , səmimi cavab verməsi, maraqlı söhbətləri bütün auditoriyanın ürəyincə olub, söylədiyi şeirlər həssaslıqla qarşılanıb, dinlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31