Azərbaycan rəssamları Beynəlxalq simpoziumda

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Rəssamlıq” fakültəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının müdiri, əməkdar incəsənət xadimi, professor , Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Arif Əziz və “Təsviri sənət” kafedrasının müəllimi, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Səmədağa Cəfərov Bolqarıstanda keçirilən Beynəlxalq simpozium-festivalda Azərbaycanı təmsil ediblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Rəssamlıq" fakültəsinin "Dizayn və dekorativ tətbiqi sənət" kafedrasının müdiri, əməkdar incəsənət xadimi, professor , Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Arif Əziz və "Təsviri sənət" kafedrasının müəllimi, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Səmədağa Cəfərov Bolqarıstanda keçirilən Beynəlxalq simpozium-festivalda Azərbaycanı təmsil ediblər.

Bolqarıstanın Veliko Tırnova şəhərində keçirilən Beynəlxalq simpozium-festivalda 15 ölkədən nümayəndə heyətinin qatılıb. Bir həftə ərzində rəssamlar sərbəst mövzuda kətan üzərində əsərlər yaradıblar. Festival çərçivəsində son gün Azərbaycana həsr edilib və Arif Əziz Bolqarıstanın tanınmış rəssamı Xristo Panevə Dünya Rəssamlıq Akademiyasının ən yüksək mükafatı olan "Qızıl Palitra"nı təqdim edib. Beynəlxaq simpozium-festivalda adlarını çəkdiyimiz Azərbaycanın tanınmış rəssamları yüksək səviyyədə qarşılanaraq, əsərləri müxtəlif mükafat və diplomlarla təltif olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31