Gündəm

Sürücüsü İzzət Bağırova görə toyda Novruz Aslanlını vəhşicəsinə döydü - QƏRAR VERİLDİ

26 Aprel 2018 11:04

Qəsdən sağlamlığa ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən müğənni İzzət Bağırovun sürücüsü Elçin Cavadzadə, Tural Cahangirov və Rəsul Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Rəsul Ələkbərov və Elçin Cavadzadə barəsində islah işləri təyin edilib.

Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif olunub

26 Aprel 2018 11:03

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif edib. Bunu N.Patruşevin mətbuat katibi Yevgeniy Anoşin deyib.

Xalq artistinin ilk nikahından doğulan Londondakı qızı - Fotolar

26 Aprel 2018 11:03

Londonda olan müğənni Aygün Mahmudova xalq artisti Eldəniz Zeynalovun qızı Aybənizlə görüşüb. Aktyorun qızı ilə şəkillərini İnstaqram səhifəsində paylaşan Aygün yazıb:  “Səni görməyimə çox sevindim. Azərbaycanın unudulmaz sənətkarı Eldəniz Zeynalovun yadigarısan. Allah atana rəhmət eləsin! Sənə Londonda hər bir işində uğurlar arzulayıram”. 

Tələbələr məşhur yazarla görüşdü

26 Aprel 2018 11:00

Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin Azərbaycan dili və ədəbiyyatı kafedrasında yazıçı Şərif Ağayarla görüş  keçirildi. Görüşdə “Müstəqillik illəri Azərbaycan ədəbiyyatı” fənni çərçivəsində Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı müzakirə edilib.

“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans

26 Aprel 2018 10:55

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, konfrans böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunub.

51 yaşlı əməkdar artist hamilə qalmaq istəyir

26 Aprel 2018 10:53

Əməkdar artist Mehriban Xanlarova ana olmaq istəyir.  51 yaşlı aktrisa bu haqda “Bizimləsən verilişində deyib. Aparıcı Zaur Baxşəliyev bildirib ki, Xanlarova bunun üçün onların verilişinə müraciət edib:

Nazarbayevlə Sarkisyanın telefon danışığının DETALLARI

26 Aprel 2018 10:46

Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Ermənistanın prezidenti Armen Sarkisyanla telefon danışığı aparıb.  Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsi ilə aprel ayının 13-dən etibarən Ermənistanda başlayan etiraz dalğalarının sülh yolu ilə həll olunması gərəkdiyini deyən Nazarbayev hakimiyyəti əhali ilə danışıqlara səsləyib.

Mübariz Tağıyevin 70 illik yubileyi qeyd edildi

26 Aprel 2018 10:40

Heydər Əliyev Sarayında Xalq Artisti Mübariz Tağıyevin anadan olmasının 70 illiyinə həsr edilmiş geniş konsert proqramı təqdim olunub.  Mədəniyyət Nazirliyinin və AzTV-nin birgə təşkilatçılığı ilə reallaşan konsertdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycandakı vulkanların palçığında qiymətli metallar aşkarlanıb

26 Aprel 2018 10:38

Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, gümüş, dəmir, mis, titan, yeni minerallar və s. aşkar edilib. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Madam Tüsso muzeyində birinci xanımın heykəli qoyuldu

26 Aprel 2018 10:32

ABŞ-ın birinci xanımı Melaniya Trampın Nyu-Yorkda yerləşən Madam Tüsso muzeyində mum heykəli qoyulub.  Melaniyanın heykəli prezident Donald Trampın mum heykəli ilə yanaşı qoyulub. Ekspozisiyanın ilk ziyarətçisi isə Ağ Evin keçmiş mətbuat katibi Şon Spayser olub.