Tələbələr məşhur yazarla görüşdü

Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin Azərbaycan dili və ədəbiyyatı kafedrasında yazıçı Şərif Ağayarla görüş  keçirildi. Görüşdə “Müstəqillik illəri Azərbaycan ədəbiyyatı” fənni çərçivəsində Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı müzakirə edilib.

Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin Azərbaycan dili və ədəbiyyatı kafedrasında yazıçı Şərif Ağayarla görüş  keçirildi.

Görüşdə "Müstəqillik illəri Azərbaycan ədəbiyyatı" fənni çərçivəsində Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı müzakirə edilib.

Görüşdə tələbələrlə yanaşı, professor-müəllim heyəti də çıxış edib. Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dos. Emin Ağayev, Pedaqoji fakültənin elmi işlər üzrə dekan müavini Kənan Bəşirov, filologiya elmləri üzrə fəlsəfə doktoru Sədrəddin Hüseyn, kafedranın baş müəllimləri Rəhman Quliyev və Ülvi Bbabasoy iştirak ediblər.

Şərif Ağayar görüş haqqında belə deyib: "Mən çox auditoriyalarda olmuşam, bu qədər hazırlıqlı, fəal, mətni anlayan və duyan gənclərlə çox az hallarda rastlaşmışam. Çox sevindirici görüş oldu. Yəqin ki, heç vaxt unutmayacağam."

Kulis.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31