Gündəm

Cəbhədən xəbər var

13 May 2018 10:20

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 89 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İŞİD Parisdəki hücuma görə məsuliyyəti üzərinə götürdü

13 May 2018 10:19

İŞİD terror qruplaşması Fransanın paytaxtı Parisdə naməlum şəxsin bıçaqla ətrafdakılara hücum etməsinə görə məsuliyyəti üzərinə götürüb. Bu barədə "Associated Press" məlumat yayıb.

XX əsrə aid yaşayış evi tarix və mədəniyyət abidələrinin siyahısından çıxarıldı

13 May 2018 10:15

Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2001-ci il 2 avqust tarixli qərara dəyişiklik edib.

Ayrılmadıqlarını bu foto ilə sübut etdilər

13 May 2018 10:13

Gülben Ergen ilə Burak Törerin ayrılmaları ilə bağlı xəbər yayılıb.  Cütlük bunun şayiə olduğunu bildirib. Gülbən və Burak birlikdə olduğunu sübut etmək üçün əl-ələ şəkil çəkdirib və İnstaqramda yayımlayıblar. Daha sonra isə onlar birlikdə yol gedərkən görüntüləniblər. 

İndoneziyada partlayışlar: 6 ölü, 35 yaralı

13 May 2018 10:10

İndoneziyanın Yava adasında kilsələrdə törədilən partlayışlar nəticəsində azı 6 nəfər ölüb, 35 nəfər yaralanıb.  Sinxua agentliyinin yaydığı məlumata görə, birinci partlayış Müqəddəs Mariya Katolik kilsəsinin qarşısında yerli vaxtla saat 07:15 radələrində törədilib. Sonrakı partlayışlar 5 dəqiqəyə yaxın intervalla digər iki kilsədə baş verib.

İsrail Qəzzaya zərbələr endirib

13 May 2018 10:08

İsrailin Hərbi Hava Qüvvələri Fələstinin Qəzza sektorunun şimal hissəsinə zərbələr endirib. Bu barədə “Wafa” agentliyi ərazidəki xüsusi mənbəyə istinadən məlumat yayıb.

"Etüddən gəlirəm" - Qusardan Bakıya

13 May 2018 10:07

Mayın 17 - də Xətai Sənət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində reallaşan “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı keçiriləcək.

Suriyada partlayış: 9 ölü, 28 yaralı

13 May 2018 10:01

Suriyanın şimalında partlayış törədilib. İki avtomobilin partladılması nəticəsində 9 nəfər həlak olub, daha 28 nəfər yaralanıb. Ölənlərdən 3-ü xəstəxana mühafizəçiləridir.

"Eurovision-2018"-də BİABIRÇILIQ: Müğənninin mikrofonunu əlindən aldılar - VİDEO​​​​​​​

13 May 2018 09:46

Portuqaliyada keçirilən "Eurovision" mahnı müsabiqəsinin final mərhələsində xoşagəlməz hal yaşanıb.  Böyük Britaniya təmsilçisinin çıxışı zamanı naməlum şəxs səhnəyə çıxaraq mikrofonu müğənninin əlindən alıb. Təhlükəsizlik işçilərinin müdaxiləsindən sonra müğənni mahnını oxumağa davam edib.

Müğənni Tunar gəlinsiz toy etdi - FOTOLAR

13 May 2018 09:44

Müğənni Tunar Rəhmanoğlunun toy məclisi keçirilir. Ülviyyə adlı xanımla ailə qurmağa hazırlaşan müğənni ilk toyun məclisinə ancaq kişiləri dəvət edib.

Daşkənddə Heydər Əliyevin xatirəsi yad edildi

13 May 2018 09:41

Daşkənddəki Azərbaycan Milli Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin 95 illiyi ilə bağlı mərasim keçirib. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi nümayiş olunub. Mərkəzin sədri Firdovsi Hüseynov Ulu Öndərin həyat və fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, xaricdəki diasporun təşkilatlanması, Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ideyası məhz ulu öndər Heydər Əliyevə məxsusdur.

Tramp Şimali Koreyaya TƏŞƏKKÜR ETDİ

13 May 2018 09:39

ABŞ prezidenti Donald Tramp KXDR-ə Phunqeridə nüvə poliqonunu bağladığına görə təşəkkür edib. Ağ Ev rəhbəri bu barədə "Twitter" hesabında yazıb.

Bu gün “Bakı Marafonu-2018”ə start verilir

13 May 2018 09:38

Bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” keçirilir. “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu artıq ardıcıl üçüncü dəfə təşkil olunur. İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmə

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

13 May 2018 09:36

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. DİM-dən  verilən məlumata görə, imtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılır. İmtahanda 36 559 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17 253 abituriyent II qrup üzrə, 19 306 abituriyent isə III qrup üzrə imtahan verir.