Tramp Şimali Koreyaya TƏŞƏKKÜR ETDİ
ABŞ prezidenti Donald Tramp KXDR-ə Phunqeridə nüvə poliqonunu bağladığına görə təşəkkür edib. Ağ Ev rəhbəri bu barədə "Twitter" hesabında yazıb.
13 May 2018 09:39 DünyaABŞ prezidenti Donald Tramp KXDR-ə Phunqeridə nüvə poliqonunu bağladığına görə təşəkkür edib.
Ağ Ev rəhbəri bu barədə "Twitter" hesabında yazıb.
"Şimali Koreya elan edib ki, iyunun 12-də keçiriləcək böyük sammit (Trampla KXDR lideri Kim Çen In arasında görüş) ərəfəsində bu ay nüvə poliqonunu bağlayır. Sağ olun, çox ağıllı və alicənab jestdir", - deyə o yazıb.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası Phunqeridə (KXDR) nüvə poliqonunu bağlamaq qərarına gəlib. Bununla bağlı mərasim mayın 23-25-də keçiriləcək. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31