İndoneziyada partlayışlar: 6 ölü, 35 yaralı
İndoneziyanın Yava adasında kilsələrdə törədilən partlayışlar nəticəsində azı 6 nəfər ölüb, 35 nəfər yaralanıb. Sinxua agentliyinin yaydığı məlumata görə, birinci partlayış Müqəddəs Mariya Katolik kilsəsinin qarşısında yerli vaxtla saat 07:15 radələrində törədilib. Sonrakı partlayışlar 5 dəqiqəyə yaxın intervalla digər iki kilsədə baş verib.
13 May 2018 10:10 Dünyaİndoneziyanın Yava adasında kilsələrdə törədilən partlayışlar nəticəsində azı 6 nəfər ölüb, 35 nəfər yaralanıb.
Sinxua agentliyinin yaydığı məlumata görə, birinci partlayış Müqəddəs Mariya Katolik kilsəsinin qarşısında yerli vaxtla saat 07:15 radələrində törədilib. Sonrakı partlayışlar 5 dəqiqəyə yaxın intervalla digər iki kilsədə baş verib.
Polis nümayəndəsinin sözlərinə görə, kilsə xidmətçisi geyimində olan terrorçular binaların içərisində bombaları işə salıblar. Publika.az