Gündəm

Şimali Koreyanın nüvə poliqonunu bağlayacağı tarix açıqlandı

12 May 2018 22:13

Koreya Xalq Demokratik Respublikası (KXDR) Phunqeridə (KXDR) nüvə poliqonunu bağlamaq qərarına gəlib. Bununla bağlı mərasim bu il mayın 23-25-də keçiriləcək.

Pensilvaniya ştatında Azərbaycan Günü

12 May 2018 18:51

Pensilvaniya ştatının qubernatoru Tom Vulf Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq təbrik məktubu ünvanlamışdır. Olaylar.az bildirir ki, məktubda qeyd olunur ki, 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulmuş və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınmışdır. Müstəqillik dövründən bəri Azərbaycan regionun mayakı olaraq irqi, cinsi və ya etnik mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabərlik hüququnu tanımış və Qafqaz regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Nazir icra başçısının xalası oğlunu da işdən çıxardı

12 May 2018 18:48

Kənd təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi nazirliyin tabeliyində olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktorunu da vəzifədən azad edib. Nazirin imzaladığı əmrlə adıçəkilən mərkəzin baş direktoru, professor Rəsul Balayev dünən vəzifəsindən çıxarılıb.

Lisenziya alan futbol klublarının SİYAHISI

12 May 2018 18:46

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində və Premyer Liqada iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.  Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə pozuntuları aşkarlandı

12 May 2018 18:44

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə nöqsanları aşkarlanıb. Bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatda bildirilir.

Məşhur diktor efirdə ağladı - VİDEO

12 May 2018 18:41

Azərbaycan Milli Televiziyasının məşhur diktoru Tamilla Ələkbərova "Zaurla Günaydın" proqramına qonaq olub. 

Zaqatalada güclü sel körpünü uçurdu, evlər su altında qaldı - VİDEO

12 May 2018 18:38

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, aramsız yağış yağır, havanın hərarəti 13 dərəcə aşağı düşüb. İsmayıllıdan sonra Zaqatalada da güclü yağışlar selə səbəb olub, bir sıra fəsadlar törədib. ARB Şəki xəbər verir ki, Tala çayında suyun səviyyəsinin qalxması nəticəsində Yolayrıc, Höytala, Böhtala kəndlərində həyatyanı sahələri su basıb.

Bu rayonların icra hakimiyyətlərində yeyinti aşkarlandı - SİYAHI

12 May 2018 18:36

Azərbaycanın Mingəçevir şəhər, Lənkəran və İsmayıllı rayon icra hakimiyyətlərində maliyyə nöqsanları aşkarlanıb. Bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir.

Daha xəstə uşaqlar DOĞULMAYACAQ - Elmdə İNQİLABİ KƏŞF

12 May 2018 18:34

İlk dəfə elm adamları insan embriyonunun genlərini dəyişdirərək uşağın böyüdüyü zaman ölümcül xəstəliklərə tutulacağının qarşısını alıb.  ABŞ-ın Oreogon Universitetində amerikalı, çinli və cənubi koreyalı həkimlər araşdırma aparıb. Məlum olub ki, insan embrionunda ani ölümə səbəb olan və ürək xəstəliyi yaradan genlər var. Tarixdə ilk dəfə olaraq insan genləri bu araşdırma nəticəsində uğurla dəyişdirilib.

Gənclər Fondunda maliyyə nöqsanları aşkarlandı

12 May 2018 18:32

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda maliyyə nöqsanları aşkarlanıb. Bu, Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında əks olunub.

1983-1989-cu illərdə Özbəkistandakı “Pambıq işi”, Qdlyan və İvanovun cinayətləri və onların istintaqa cəlb edilməsi ilə bağlı təşəbbüs qrupu yaradılıb

12 May 2018 18:30

“1983-1989-cu illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Telman Qdlyanın rəhbərliyi ilə istintaq qrupu Özbəkistanda görünməyən cinayətlər törədib, gühansız adamalar, qadınlar. qocalar istintaqa cəlb edilib, özbək xalqına qarşı terrorçuluq əməlləri törədilib”.

ABŞ koalisiyası Suriyaya aviazərbələr endirdi - azı 17 nəfər həlak oldu

12 May 2018 17:40

ABŞ başda olmaqla beynəlxalq koalisiyanın təyyarələri Suriyanın Əl-Hasak kəndini gün ərzində iki dəfə bombardman edib.

Tbilisidə keçirilən etiraz aksiyasında baş nazirin istefası tələb edilib

12 May 2018 17:36

Gürcüstanda gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq paytaxt Tbilisidə, parlament binasının qarşısında aksiya keçirilib.

Borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılıb

12 May 2018 12:53

Respublika Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti may ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb. Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılıb. Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.