Gənclər Fondunda maliyyə nöqsanları aşkarlandı

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda maliyyə nöqsanları aşkarlanıb. Bu, Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında əks olunub.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda maliyyə nöqsanları aşkarlanıb.

Bu, Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında əks olunub.

Aparılan yoxlamalar nəticəsində ötən il fondda tikinti xərcləri üzrə 1601 və tədbirlərin keçirilməsi üzrə 18 351,4 manat olmaqla, ümumilikdə 19 952,4 manat maliyyə yayınması faktı aşkarlanıb. Yoxlamalar nəticəsində vəsait dövlət büdcəsinə qaytarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31