1983-1989-cu illərdə Özbəkistandakı “Pambıq işi”, Qdlyan və İvanovun cinayətləri və onların istintaqa cəlb edilməsi ilə bağlı təşəbbüs qrupu yaradılıb
“1983-1989-cu illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Telman Qdlyanın rəhbərliyi ilə istintaq qrupu Özbəkistanda görünməyən cinayətlər törədib, gühansız adamalar, qadınlar. qocalar istintaqa cəlb edilib, özbək xalqına qarşı terrorçuluq əməlləri törədilib”.
12 May 2018 18:30 Siyasət"1983-1989-cu illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Telman Qdlyanın rəhbərliyi ilə istintaq qrupu Özbəkistanda görünməyən cinayətlər törədib, gühansız adamalar, qadınlar, qocalar istintaqa cəlb edilib, özbək xalqına qarşı terror aktları törədilib".
Bu fikir Özbəkistanda "Pambıq işi" ilə əlaqədar yaradılan təşəbbüs qrupu üzvlərinin müraciətində deyilir.
Təşəbbüs qrupuna tarixçi alim, erməni daşnaqlarının Özbəkistanda və Azərbaycanda törətdikləri qanlı qırğınlarla bağlı kitabların müəllifi, AMEA Tarix İnstitutunun fəxri doktoru Şuxrat Barlas, siyasi elmlər doktoru Maxmud Yuldaşev, Qaşqadərya vilayəti Daxili İşlər İdarəsi siyasi şöbəsinin keçmiş müdiri, ehtiyatda olan polkovnik-leytenant Şakir Dolimov və yazıçı Akbar Mirzo daxildir.
Müraciətdə bildirilir ki, Haaqa Beynəlxalq Məhkəməsinə yenidən müraciət edilməli, Qdlyan və İvanovun qrupundakı bütün günahkarlar İnterpol vasitəsi ilə tapılıb istintaqa cəlb edilməlidir.
Müraciətdə bildirilir ki, "Pambıq işi" planlaşdırılan siyasi akt idi və regionlarda "idarə olunan xaos" yaratmağa xidmət edirdi. İstintaq qrupu 6 il ərzində süni cinayət işləri açaraq günahsız adamları həbsə atıb.