ABŞ koalisiyası Suriyaya aviazərbələr endirdi - azı 17 nəfər həlak oldu
ABŞ başda olmaqla beynəlxalq koalisiyanın təyyarələri Suriyanın Əl-Hasak kəndini gün ərzində iki dəfə bombardman edib.
12 May 2018 17:40 DünyaABŞ başda olmaqla beynəlxalq koalisiyanın təyyarələri Suriyanın Əl-Hasak kəndini gün ərzində iki dəfə bombardman edib.
İki bombardman nəticəsində azı 17 dinc sakin həlak olub.
Suriyanın dövlət televiziyası məlumat verir ki, aviazərbələr Əl-Hamadi kəndinə də endirilib.
Rusiya XİN bəyan edib ki, koalisiya aviazərbələri BMT TŞ-nin qətnamələri və rəsmi Dəməşqlə razılıq olmadan endirir.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31