XX əsrə aid yaşayış evi tarix və mədəniyyət abidələrinin siyahısından çıxarıldı

Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2001-ci il 2 avqust tarixli qərara dəyişiklik edib.

Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" 2001-ci il 2 avqust tarixli qərara dəyişiklik edib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Qazax şəhəri, Ş.Çobanov küçəsindəki XX əsrə aid yaşayış evi "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"ndan çıxarılıb. Mədəniyyət Nazirliyinə əlaqədar təşkilatlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31